Cəmiyyət

Şamaxıda maşın iki qadını vurdu, sürücü isə yaralandı

20 Sentyabr 2010 10:29
Baxış: 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisə sentyabrın 20-də gecə saat 01:00 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 122-ci kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Bayramov Ağahüseyn Həsrət oğlunun idarə etdiyi 90-CX-662 dövlət nömrə nişanlı "Opel Vectra" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən "Şamaxı" restoranının qarşısından yolun əks tərəfinə keçən iki qadını vurub. Hadisə yerində dünyasını dəyişən Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Əliyeva Cəmilə Bəylər qızı və 1983-cü il təvəllüdlü Əlməmmədova Elnarə Eldar qızı Bakı istiqamətində hərəkət edən mikroavtobusun sərnişinləri olub. Hadisə zamanı "Opel Vectra"nın sürücüsü Ağahüseyn Bayramov müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.