Cəmiyyət

Sahura durmadan oruc tutmaq olarmı?

27 İyul 2013 19:16
1 Şərh     Baxış: 91 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Obaşdana (səhura) durmaq orucluq zamanı bəyənilən əməldir. Çünki İslam dini insanın özünə əbəs yerə çətinlik verməsini və bədənini boş yerə zəiflətməsini bəyənmir. Hətta Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub ki, səhur edin, çünki səhurda bərəkət vardır (Sünənün-Nəsai, Kitabüs-Sovm, bab 18).

Milli.Az İslam.az-a istinadən bildirir ki, burada səhur deyərkən, mütləq sübh azanından bir neçə dəqiqə əvvəl qalxıb yemək nəzərdə tutulmur. Ola bilər ki, bir adam gecə ərzində doyunca yeyib-içsin, sabahkı gün üçün bəs edəcək qədər ehtiyat tutduğuna əmin olub yatsın, sübh azanından sonra yuxudan ayılsın. Bunun maneəsi yoxdur.

Amma sabahkı günə bəs edəcək qədər yeyib-içmədən yatmaq və səhura durmadan oruc tutmaq bəyənilmir. Bununla belə, kimsə yatıb yuxuya qalarsa və ya bilərəkdən səhura qalxmazsa, həmin günün orucunu axıra kimi tutmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.