Milli.Az İslam.az-a istinadən bildirir ki, burada səhur deyərkən, mütləq sübh azanından bir neçə dəqiqə əvvəl qalxıb yemək nəzərdə tutulmur. Ola bilər ki, bir adam gecə ərzində doyunca yeyib-içsin, sabahkı gün üçün bəs edəcək qədər ehtiyat tutduğuna əmin olub yatsın, sübh azanından sonra yuxudan ayılsın. Bunun maneəsi yoxdur.
Amma sabahkı günə bəs edəcək qədər yeyib-içmədən yatmaq və səhura durmadan oruc tutmaq bəyənilmir. Bununla belə, kimsə yatıb yuxuya qalarsa və ya bilərəkdən səhura qalxmazsa, həmin günün orucunu axıra kimi tutmalıdır.
Milli.Az