Bu günlərdə Bakının ən veyil gənclərindən biri - bibioğlum gülə-gülə yas yerində mollanın başına necə oyun açdıqlarından danışdı. Deməli, bir yaxınlarının atasının yasında bibioğlu və onun ağılda 5-10 nəfər tay-tuşu mollanı dolamaq məqsədilə çayının içinə mədə-bağırsaq sistemini sıradan çıxaran məhlul tökürlər. Nəticədə hər 15 dəqiqədən bir məclisin mollası üzrxahlıq edərək, ayaqyoluna qaçır və rahatlaşdıqdan sonra qayıdır. Düz məclisin sonunadək molla özünü tələsik verir tualetə, gənclər isə buna gülüşürlər.
Lakin gülüş hədəfi təkcə mollanın qarın ağrısı olmayıb, həm də danışdığı mövzular olub. Qısası, söhbət İslamın azadlıq, bərabərlik, ədalət, sevgi, yardımlaşma, təkmilləşmə, qardaşlaşma, doğruluq, vətənpərvərlik və sair kimi əsas ehkamlarına qətiyyən yaxın getməyib. Molla ağzını açandan yumanadək yalnız siğə, təharət, tualetə hansı ayaqla girib-çıxmaq mədəniyyəti, aftafanı necə tutub, necə yuyunmaq qaydası, qadın və kişidəki həssas şəhvani nöqtələr, eləcə də toy gecəsi istifadə olunan metod və vasitələrdən bəhs edib. Anlayacağınız odur ki, məclisi din xadimi deyil, seksopotoloq-zooloq idarə edirmiş.
Bivec bibioğlunun bu hadisəni mənə danışıb, özü də gülməsindən anladım ki, bizim hazırda iki zavallı zümrə ilə ciddi problemimiz var: bir tərəfdə səviyyəsiz və mədəniyyətsiz gənclər qrupu, digər tərəfdə cəhalət və təharətdən uzağa gedə bilməyən mollalar. Bir gənclik ki, yas mərasimini təlxək klubuna çevirir, məclisin mollasını gülüş hədəfinə çevirib onunla mırt tutur, nəhayət bunu böyük qəhrəmanlıq kimi qələmə verərək, öz əməli ilə fəxr edirsə, deməli vay bizim halımıza. Yaxud bir mollanın ki fikri-zikri şəhvətin, insan bədənindəki həssas nöqtələrin, aftafa və siğənin yanında qala, sevgi dinindən xəbəri belə olmaya, deməli, məşhur filmdə də deyildiyi kimi, bizdən adam olmayıb, olmayacaq da.
Yuxarıda qeyd etdiyim kimi, bu gün tüfeyli gəncliklə cahil din adamları arasında əməlli-başlı rəqabət gedir. Bir-birilərini hər fürsətdə prikola tutmaq, buraxdıqları səhvlərdən yapışıb qınaq obyektinə çevirmək, bir-birilərinin haqqında olan və olmayan lətifələr qoşmaq, nəhayət, ictimai cəhətdən arzuolunmaz ünsür elan etmək hər iki zümrənin sağ əlinin içindən gəlir. Bu "mehriban düşmənlər"in qarşılıqlı münasibətlərindəki "incə atmacalar" xüsusilə diqqət çəkir. Gəlin, birlikdə öyrənək ki, avara-cahil qarşıdurması hansı müstəvidə və hansı oyun qaydaları çərçivəsində gedir:
Birinci raund: 1-0
Meyiti qəbrə sallayan vaxt molla yuxarı tərəfdə dayanıb göstəriş verirmiş: "Sağa fırla, sola çöndər, yuxarı qaldır, aşağı çək, baş tərəfini bu yana bur, ayaq tərəfini o yana hərlə..." Bu vaxt mollanın göstərişi əsasında meyiti o yan-bu yana çevirməkdən bezən gənc bir qaqaşın səbri çatmır və meyiti buraxıb deyir: "Molla əmi, sən meyit basdırırsan, yoxsa sputnik antenna quraşdırırsan?".
İkinci raund: 1-1
Məclisin yuxarı başında oturan molla həvəslə axirətdən, mələklərdən və sairdən danışıb, məclisi öz axarında aparırmış. Bu vaxt stol ətrafına yığışmış gənclər onunla məzələnmək fikrinə düşürlər və biri ciddi şəkildə "Molla əmi, Əzrail əleyhissəlam kişidir, yoxsa qadın?" deyə soruşur. Məclisə yüngülvari gülüşmə yayılsa da, molla tövrünü pozmadan belə cavab verir: "Mənim balam, o sualın cavabını mən bilmirəm. Amma inşallah bir gün gəlib sinənin üstünə çökəcək. O zaman özün əl atıb öyrənərsən ki, kişidir, yoxsa qadın".
Üçüncü raund: 2-1
Böyük məclislərdən birində molla cənnətdəki hurilərin gözəlliyini tərif edir: "Üzləri 14 gecəlik Ay kimi nur saçar, saçları zümrüd quşunun lələkləri kimi par-par yanar, gözləri Hələb alması, qaşları kəman, kiprikləri ox, dodaqları Herat şərbəti. Dəriləri o qədər incə və zərifdir ki, içdiyi su boğazlarında görünər. Belləri cəmi-cümlətani bir qarışdır ki, sınar deyə belinə sarılmağa qorxarsan. Boylarına isə söz ola bilməz, eynən sərvi-sürahi, sanki bir sərv ağacıdır ki..." Bu məqamda hövsələsi daralan gənc bir oğlan mollanın sözünü ağzında qoyub deyir: "Day ağ elədin də. O uzunluqda boyu olan sevgilim burda əyilib mənə busə vermək istəsə, arxa tərəfini başqa məhəllələrin cavanlarından necə qoruyacağam?".
Dördüncü raund: 2-2
Mollanı prikola tutmaq istəyən cavan bir oğlan yaxınlaşıb deyir:
- Molla əmi, al bu 50 qəpiyi və babama qısa mesaj göndər.
- "Bismillahir..." 50 qəpiyə bu qədər
- Al bir 50 də verim...
- "Rəhmanir rəhim..." Ona da bu qədər.
Bu münvalla molla oğlandan hər söz müqabilində 50 qəpik almaqla 5 manat qazanır. Bu yerdə oğlan əsəbləşir ki:
- Əşşi bəsdir də, bir qısa mesaj da bu qədər kontur aparar? Səhərdən 5 manatımı almısan. Hələ mesaj gedib çatmayıb?
- Mənim balam, səhərdən bu qədər kontur işlədib, axirətdəki tanışlardan babanın yerini öyrənirdim və indi-indi öyrəndim. Deməli, lənətlik baban hal-hazırda elə bir yerdədir ki, onun yanında ancaq "Şeytancell" nömrələri tutur. Bilirsən də, başqa operatorla danışıq haqqı ikiqat bahadır. Çıxar bir 10-luq da ver.
Oğlan pörtmüş halda molladan əl çəkib aradan çıxır.
Final: 0-0
Bir-birinin qəlbinə dəyəcək hər bir münasibətin sonunda QUL HAQQI deyilən pozulmaz bir haqq dayanır. Yuxarıda sadaladığımız lətifəvari hadisələr həm gülmək, həm də iki zümrənin münasibətlər sistemini aydınlaşdırmaq məqsədi daşıyır. Zarafat öz yerində, amma aydınlaşdıra-aydınlaşdıra finala gəlib çatdıq. Finalda isə hər iki cəbhəni uduzmuş və rəzil halda gördük. Çünki Həzrəti Peyğəmbər (s.ə.s.) qul haqqı ilə bağlı belə buyurur: "Bir kəsin digərinin heysiyyətinə, yaxud malına təcavüzdən ötrü üzərində bir haqq olarsa, qızıl və gümüşün keçməyəcəyi hesab günü gəlməmiş onunla hesablaşsın. Əks təqdirdə, etdiyi haqsızlıq miqdarında yaxşı əməllərindən alınıb haqq sahibinə veriləcək. Yaxşılığı yoxdursa, haqq sahibinin günahından alınıb haqsızılıq edən kimsəyə yüklənəcək".
Nihat Tur
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Yas məclisinin mollası niyə ayaqyolunda növbə çəkməli oldu?
30 Sentyabr 2010 09:56
Baxış: 491

DİGƏR XƏBƏRLƏR
-
Təbii kərə yağını necə seçək? - Ekspert AÇIQLADI
-
Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsi qəbul edilib
-
Bakı aeroportunda insanlar təxliyə olunur? - RƏSMİ AÇIQLAMA
-
Ucuz tur axtararkən fırıldaqçılardan necə qorunaq? - Mütəxəssisdən AÇIQLAMA
-
Metroda sıxlıq yarandı - Qatarlar yubanır - YENİLƏNİB - FOTO
-
Avtobusun döşəməsi çöktü, sərnişin yıxıldı – AYNA-dan CAVAB
XƏBƏR LENTİ
-
Azərbaycana payız fəsli daxil oldu
-
Tez-tez ağrıkəsici qəbul edənlərin nəzərinə! - Uroloqdan xəbərdarlıq
-
Bakıda şadlıq sarayı yandı
-
İlham Əliyev ABŞ-yə getdi
-
PUA hücumu ilə əlaqədar Moskva səması bağlandı - YENİLƏNİB
-
"Müəllimənin ad günü oldu, bacısının ad günü oldu, anası, babası öldü pul yığılır” - VİDEO
-
Xızıda ağır qəza - ölən var
-
Kamçatkada güclü zəlzələ oldu
-
"Oğlanlar buna görə evlənməyə qız tapmır"
-
Məhkəmədə Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edilib - FOTO
-
Azərbaycanda çox da yeyilmir, ancaq xərçəngdən qoruyur, qaraciyəri təmizləyir
-
Bakının məşhur bazarında söküntü başladı - VİDEO
-
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
-
Təbii kərə yağını necə seçək? - Ekspert AÇIQLADI
-
Hüseynin xanımına aldığı maşını göstərməsini QINADI - FOTO
-
Tramp: Rusiya ilə gərginlik artarsa, bunlar olacaq
-
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü geridə qaldı - FOTO
-
Əhməd əl-Şaraa: İsrail Suriya ərazisindən çıxmalıdır
-
Azərbaycanda güclü torpaq sürüşməsi oldu - FOTO
-
Üzeyir Hacıbəylinin 140 illik yubileyi ADA Universitetinin Qazax Mərkəzində qeyd olunub - FOTO
-
Maştağada gəlini amansızca qətlə yetirən qayınata: "Nəvələrimi söyürdü" - VİDEO
-
Bu qidalar kişilərin "evini yıxır" - Açıqlama
-
Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi
-
Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsi qəbul edilib