Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə sənəd verən abituriyentlər üçün keçid balları ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. Komissiyanın mətbuat xidmətindən Trend-ə bildirilib ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir. Buna görə də abituriyentlər keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərə almalıdırlar.
Bununla yanaşı, TQDK 3-cü qrup üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsait dərc edib. "Abituriyent"in bu xüsusi buraxılışında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı, onların imtahanda topladığı balların paylanmasına dair məlumatlar elan edilib. Bu da abituriyentlərə ixtisas seçimində düzgün istiqamət götürməyə, ağıllı seçim etməyə yardımçı olacaq. İxtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya biləcəyi nəzərə alınaraq 2012-ci ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları da dərc olunub.
Qeyd edək ki, III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də keçirilib. imtahan nəticələri dünən açıqlanıb. Bu qrup üzrə ixtisas seçimində ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişli ixtisasların müsabiqəsində isə ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
İxtisas seşimi avqustun 6-dan 15-dək internetlə aparılacaq. İxtisas seçiminə buraxılmış abituriyentlər qəbul olmaq istədikləri 15-dək ixtisas kodunu "İxtisas seçimi ərizəsi"ndə qeyd edəcəklər.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Abituriyentlər üçün keçid balları ilə bağlı bəzi məsələlərə aydınlıq gətirildi
17 İyul 2013 11:09
0 Şərh
Baxış: 3 636

DİGƏR XƏBƏRLƏR
-
Qubada nişanlandığı deyilən 16 yaşlı qızın nənəsi - "Hələ 16 yaşı olmayıb" - VİDEO
-
Bakı metrosunda qəribə görüntü - VİDEO
-
Bakıda taksi sürücüsündən maraqlı sevgi ETİRAFI - aparıcı ilə dialoqu gündəm oldu - VİDEO
-
Bəyin bibisi toya üstündə "Qızıl dükanı" gəldi - VİDEO
-
"Bilir ərinin ikinci ailəsi var, deyir ki, nə olsun?"
-
Günün qoroskopu: Gözlənilməz gəlir axını mümkündür
XƏBƏR LENTİ
-
Zelenski Rusiyaya qarşı ən təsirli sanksiyanı açıqladı
-
Okeandakı nəhəng məxluq: 30 metrlik "qolları" var
-
Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri - YENİLƏNİB - VİDEO
-
“Kızılcık şerbeti” ilə bağlı araşdırma başladı - FOTO
-
Mançester derbisində 3 qol vuruldu
-
Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi
-
İlon Mask Makqreqora maliyyə yardımı təklif edib
-
“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”
-
Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq döl tapıldı - YENİLƏNİB
-
Tramp Avropaya çox çətin şərtlər qoydu
-
İlk dəfə anasını paylaşdı - FOTO
-
İndoneziya sahillərində güclü zəlzələ oldu
-
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
-
"Hamilə ola-ola məni boşadı" — Əməkdar artist - FOTO
-
Kiberdələduzların yeni hədəfi: Onlayn bilet satışı fırıldağı - VİDEO
-
Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO
-
Şəmkirdə ağır qəzada ölən həkimin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB - VİDEO
-
Hindistanda güclü zəlzələ oldu
-
Ukraynaya görə sözləri çəp gəldi
-
Ana bətnində itirdiyi körpəsindən danışdı - FOTO
-
Prezident: Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur
-
Türkiyədə kassirlər işdən çıxarıldı - "Robotlar" əvəzləyəcək - FOTO
-
Prezident: Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq
-
İlham Əliyev: Son beş ilin tarixi Zəfər tarixidir