Cəmiyyət

Sübh namazının qəzasını...

16 İyul 2013 15:56
0 Şərh     Baxış: 20 809
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bəs sübh namazının qəzasını zöhr namazının vaxtında qılan adam necə etməlidir?

Şəriətə görə, kişilər sübh namazında, məğrib və işa namazlarının 1-ci və 2-ci rükətlərində Fatihə və surəni uca səslə (cəhrlə) oxumalıdırlar. Bütünlükdə zöhr və əsr namazlarının qiraəti, məğrib namazının 3-cü rükəti, işa namazının 3-cü və 4-cü rükətləri isə asta səslə (ixfa ilə) qılınır.

Bu hesabla düşünmək olardı ki, zöhr namazının vaxtında qılınan bütün namazlarda qiraət asta səslə oxunmalıdır.

Amma bu, belə deyil. Namazların qəzası onların əda vaxtının hökmünə tabedir. Sübh namazının qəzasını nə zaman qılsaq da, onu əda vaxtının hökmlərinə tabe etməliyik.

Buna görə də sübh namazını hətta günorta qəza etsək belə, qiraəti uca səslə oxumalıyıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.