Qoç
Bu ayı çox passiv keçirəcəksiniz. Ancaq bu, sizin istəyinizlə olmayacaq, sadəcə istəklərinizi reallaşdıra bilməyəcəksiniz. Bir neçə işin qulpundan yapışacaqsınız. Məhz ona görə də heç birini tamamlaya bilməyəcəksiniz.
Buğa
Ulduzlar məsləhət görür ki, bu ay öz qorxularınızdan mütləq azad olun. Əks halda irəli gedə bilməyəcək, yerinizdə addımlayacaqsınız. Qorxulardan azad olduğunuz halda cəsarətli olacaq və cəsur addımlar atacaqsınız.
Əkizlər
Bu ay ətrafınıza qarşı çox da inamsız olmayın. Ola bilsin ki, düşüncənizə görə ayağınızın altını qazan insan heç sizin varlığınızdan xəbərdar deyil. Səbəbsiz yerə heç kimdən və heç nədən şübhələnməyin. Sonradan özünüzün də peşman olacağı yersiz problemlər yaratmayın.
Xərçəng
Bu ay özünüzü birinci rolda görməyə çalışacaqsınız. İkinci planda olmaqdan bezəcək və irəliyə can atacaqsınız, bir sıra sahələrdə özünüzü gözə "soxacaqsınız. Ancaq indi bunun üçün uyğun zaman deyil. Ani bədən hərəkətləri sizin üçün pis ola bilər. Hələ ki hər şeyi olduğu kimi saxlayın və ya aramla hərəkət edin.
Şir
Bu ay ictimai fikirlə heç maraqlanmayacaqsınız. İş ondadır ki, siz əvvəllər də özünüzü tez-tez ön plana çəkirdiniz, indi isə bunu daha qabarıq edəcəksiniz. Düşünün, belə hərəkətinizlə təkcə rəqiblərinizin deyil, yaxın adamlarınızın da qəlbinə toxuna bilərsiniz.
Qız
Ola bilsin bu ay həyatınızda çoxdan görmədiyiniz insanlar peyda olacaq. Onu da deyək ki, bunlar xoş insanlar olmaya bilər. Məsələn, prinsipdə olduğunuz sinif yoldaşınız. Əvvəllər onunla elə də yaxın münasibətləriniz olmayıb, ancaq indi o, sizə ən yaxın dostunuz kimi yaxınlaşacaq. Sizin istəyiniz isə onun üçün elə də önəm daşımayacaq.
Tərəzi
Bu ay ulduzlar kütlədən fərqlənməməyi tövsiyə edirlər, əks halda ətrafdakıların aqressiyasına səbəb ola bilərsiniz. Əgər siz onlardan daha yaxşı düşüncəyə maliksinizsə, onlara bu barədə məlumat vermək lazım deyil. Sadəcə, sizə aid situasiyalarda bildiyiniz kimi hərəkət edin.
Əqrəb
Bu ay mövcud problemləri həll etməkdən ötrü özünüzü buna tam həsr etməli və həlli üçün əlinizdən gələni əsirgəməməlisiniz. Yalnız bu halda sizi qane edəcək çıxış yolu tapa bilərsiniz. Əks halda isə situasiya tərpənməz halda qalacaq və həyatınızı məhv edəcək.
Oxatan
Bu ay ətrafdakılara şikayətlənəcəksiniz. Sizə elə gələcək ki, problemlər baş alıb gedir. Ola bilsin sizin həyatdan gözlədikləriniz çox yüksəkdir. Fikirləşin, bəlkə hər şey elə də pis deyil. Əlbəttə, yaxşıya doğru irəliləmək lazımdır. Hər xırda şeyə görə bikef olmayın.
Oğlaq
Bu ay gözlənilməz hadisələrdən özünüzü qoruyun. Ola bilsin ki, ilk baxışdan sizə sürpriz kimi görünən hadisələr sonradan zərərinizə işləsin. Ona görə də işdə yüksəliş təklifi gələrsə, işi bacarıb-bacarmadığınıza diqqət yetirin. Əks halda müdiriyyətin etibarını itirə bilərsiniz.
Dolça
Bu ay səhvlərə yol verə bilərsiniz. Problemlər içində boğulmamaq üçün onların həllinə diqqətlə yanaşın, bir neçə variantı nəzərdən keçirin. Ola bilər ki, çıxış yolunu tamam başqa yerdə axtarasınız.
Balıqlar
Bu ay sizin üçün sakit, hətta həddindən artıq passiv keçəcək. Ola bilsin, ekstremal bir şeylə məşğul olmaq istəyəsiniz. Ancaq bu, sizdə yaxşı alınmayacaq. Bikef olmayın! Yaxşısı budur gücünüzü yığın, lazımınız olacaq.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bürclər iyulda nə vəd edir?
2 İyul 2013 16:48
0 Şərh
Baxış: 763

DİGƏR XƏBƏRLƏR
-
Yenə "Mərcan" klinikası - Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir
-
Pensiya ilə bağlı şad xəbər
-
Pənah Hüseyn istefa verdi: yerinə o keçdi - FOTO
-
Yüksək vəzifəli şəxs vəfat etdi
-
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibəti ilə konsert olub - FOTO
-
Günün qoroskopu: Xarici əlaqələrdən gəlir ehtimalı artıb
XƏBƏR LENTİ
-
Məşhur türkiyəli aktyor ciddi zədə aldı
-
Öldü deyilən Xameneinin müşaviri sağdır? - FOTO
-
Tramp Zelenski ilə görüşəcək
-
Yenə "Mərcan" klinikası - Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir
-
SEPAH: Əməliyyatlar bu vaxtadək davam edəcək
-
Efirdə DAVA düşdü: müğənni həmkarının üstünə "hücum çəkdi" - VİDEO
-
"İrandan Azərbaycan vətəndaşları təxliyə olunub, səfirlik və konsulluğumuz isə..."
-
Edin Ceko bu klubda oynayacaq
-
Ənvər Abbasovun ölüm xəbəri yayıldı
-
Sabah hava necə olacaq?
-
İranlılar Tehranı tərk edir - Köç başladı - FOTO
-
Yunanıstana getdiyi deyilən Netanyahu görün harada imiş - FOTO
-
"Saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər" - Azərbaycan Dəmir Yollarının 145 ili - FOTO - VİDEO
-
Ter Ştegendən "Qalatasaray"ın təklifinə CAVAB
-
"Son zəng"ə elə geyimdə gəldi ki, görənlər gözlərinə İNANMADI - VİDEO
-
Tehran sakinlərini hədələdi
-
Bakıda daha bir uşaq eyni səbəblə ÖLDÜ
-
"Qaraxan sözü sənə çoxdur..." - əsəbiləşib özündən çıxdı
-
İranda "İsrail casusu" edam edildi
-
Fantastik qiymətə VAZ-2105 satışa çıxarıldı - FOTO
-
Yaxın günlərdə gözəl xəbərlər eşidəcək BÜRCLƏR
-
Bu ərazilər 4 gün susuz qalacaq
-
"Hər il iki günümü buna həsr edirəm”
-
Pensiya ilə bağlı şad xəbər