Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın xalq artisti vəfat etdi - YENİLƏNİB
4 İyun 2013 12:32
0 Şərh
Baxış: 2 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
12:32
Dövlət Gənc Tamaşaçılar Teatrından Milli.Az-a bildirilib ki, Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz vermişdir. Teatrın aktrisası, xalq artisti, prezident təqaüdçüsü Qurbanova Solmaz Cəbrayıl qızı uzun sürən xəstəlikdən sonra 4 iyun 2013-cü il tarixində vəfat etmişdir.
Solmaz Qurbanova ilk yaradıcılıq fəaliyyətinə 1956-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında həmin dövrdə teatrın baş rejissoru olmuş Zəfər Paşa oğlu Nemətovun dəvəti ilə başlamış və elə həmin vaxtdan taleyini teatra bağlamışdır.
Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Gülcamal (İskəndər Coşğun "Komsomol" poeması), Qavroş (V.Hüqo "Səfillər"), Rəcəb (Yusif Əzimzadə "Anacan"), Culyetta (Uilyam Şekspir "Romeo və Culyetta"), Cemma (Etel Voyniç "Ovod"), Səcərəd (Qeybulla Rəsulov "Əlvida Hindistan"), qadın (Kamal Aslan "Yuxulama"), Qəmərbanu (Elçin "Mahmud və Məryəm), Nərgiz (Əhməd Orucoğlu "Məhəbbət bir bəladır"), Bibi (Əli Əmirli "Bala bəla sözündəndir"), Suğra (Tamara Vəliyeva "Mənim ağ göyərçinim"), Afərid (İskəndər Coşğun "Rüstəm və Söhrab"), Gönçə xanım (İlyas Əfəndiyev "Büllur sarayda"), Xanım xala (Elçin "Ağ dəvə"), Rahibə (Uilyam Şekspir "Səhvlər komediyası") və başqa obrazlara maraqlı səhnə həyatı vermişdir.
Azərbaycan Milli Teatr sənəti sahəsindəki xidmətlərinə görə Solmaz Qurbanova 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1991-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2005-ci ildən isə Prezident təqaüdçüsü idi.
Xalq artisti Solmaz Qurbanova 2011-ci ilin sentyabr ayının 1-nə - öz xahişi ilə işdən azad edildiyi tarixə qədər ona doğma olan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində gənc nəslin təlim-tərbiyəsində muhüm rol oynayan, xeyli sayda uşaqlar və böyüklər üçün hazırlanmış tamaşalarda əsas obrazları yaradaraq onların yüksək bədii dəyərə malik olmasına səy göstərmiş, bilik və təcrübəsini teatr sənətinin inkişafına həsr etmişdir.
Heç şübhəsiz ki, Solmaz Cəbrayıl qızı Qurbanovanın xatirəsi onu tanıyanların qəlbində uzun müddət yaşayacaqdır.
Allah rəhmət eləsin!
---------
10:56
Milli.Az-ın məlumatına görə, Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası, xalq artisti Solmaz Qurbanova bu səhər uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə Milli.Az-a xalq artistinin yaxınları məlumat veriblər.
Qeyd edək ki, aktrisa uzun illərdir iflic idi və ev şəraitində müalicə olunurdu.
Allah rəhmət eləsin!
Əli Novruzəliyev
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Antalyada meşə yanır
-
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu
-
Polis axtarışda olan 135 nəfəri saxladı
-
Rusiyanın Buçaya hücumlarında 27 nəfər ölüb
-
Magistral yol üzərində ikinci körpünün inşası davam edir
-
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
-
Bakıda tələbə faciəli şəkildə öldü
-
Belqorod vilayətinə sutka ərzində 86 hücum qeydə alınıb
-
Ayın 30-da yağış yağacaq - Proqnoz
-
"İnterpol"la axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
-
Yük maşınından 43 mindən çox bəyan edilməmiş dərman çıxdı
-
Şəmkirdə azyaşlı əməliyyatdan sonra öldü
-
Ötən gün 2 avtomat silah, 6 tüfəng aşkarlandı
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
-
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb
-
Azərbaycan nefti bahalaşıb
-
Çimərliyə gedənlərin nəzərinə
-
Geyimləri ilə gündəmə gələn Fidan müəllim saxlanıldı
-
Dünyada miqrantların sayı 304 milyona çatdı - Sərt siyasət niyə nəticə vermir?
-
Füzulidə 12 yaşlı uşaq atdan yıxılıb öldü
-
Gəncədə qadın ürək əməliyyatından sonra öldü
-
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı
-
Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi
-
Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək