İnsan özünü dərk etmək istədikcə, ən gizli mətləblərlə də maraqlanır. Bunlardan ən başlıcası ruhdur. Ruh haqqında Qurani-Kərimin İsra surəsinin 85-ci ayəsində buyurulur ki, "Səndən ruh haqqında soruşsalar de ki, ruh mənim Rəbbimin əmrindədir və bu elmdən sizə az bir miqdardan başqa bir şey verilməmişdir".
Allahın palçıqdan yapdığı Adəmə öz ruhundan üfurməsilə o, cana gəldi. Məntiqlə düşünsək, ruh gedərsə, insan quru palçıqdan başqa bir şey deyil.
Bəs ruh nədir?
Axı "az bir şey" "heç bir şey" kimi anlaşılmamalıdır. Bu "az şeydən" nə öyrənmək olar? Peyğəmbərimiz (s.ə.s.) və imamların hədislərində qismən bu barədə məlumat qorunmuşdur. Allahın Rəsulu (s.ə.s.): "Ruhlar hazırlıqlı əsgərlərdir. Tanış ruhlar qarşılıqlı ünsiyyətə girir, tanış olmayan ruhlar isə bir-birindən ayrılırlar" - dediyi məlumdur. Bunu ruhi enerjinin bir-birinə uyuşması, dinə bağlılıq dərəcəsinin yaxınlığı ruhları doğmalaşdırır kimi də düşünmək olar.
Ruha təcavüz edilirmi?
Ruhla bağlı tədqiqatlar məhdud saydadır və onun nəticələri də qənaətbəxş sayıla bilməz. Xalq inamlarına görə, gözdəymə və cadu (qara magiya) vasitəsilə ruhi qatları zədələmək mümkündür. Bu vaxt nazik efir qatları zədələnir və enerji bu zədələrdən sızıb axır. Enerjisi tükənən bədəndə halsızlıq və xəstəliklər əmələ gəlir. Bunun qarşısını almaqdan ötrü mühafizə dualarından, ibadətdən istifadə edirlər. Üzərlik yandırıb qoxusunu iyləmək də gözdəyməni aparır. Üzərlik rusca "moqilnik" adlanır. Köhnə qəbirstanlıq yerlərində bitdiyi və toxumları göz almacığına bənzədiyindən bədnəzərdən qoruma gücünü sınamış və inanmışlar. Ruhun qatları və funksiyaları müxtəlifdir. Bunu İmam Kazim Əleyhissəlamdan gələn hədis də təsdiq edir: "İnsan yatanda onun heyvani ruhu bədəndə qalır. Ondan çıxan isə əql ruhudur".
Allah izn verməsə, ruhun şəklini çəkmək mümkün deyil!
Ümumiyyətlə, ruh Allaha məxsus olduğu üçün onu öyrənmək, icazə olmadan mümkün deyil. Ancaq xüsusi hallarda ruhla bağlı mövzuların işıqlandırılmasına, şəklinin çəkilməsinə ilahi razılıq olandan sonra, bunu icra etmək mümkündür. Ruhun uça bilmə keyfiyyətlərini bilib çox vaxt ölən adamın ruhu ilə quşları eyniləşdiriblər. Məscid ətrafına yığılan göyərçin və qumruların mömin insanların ruhu olduğu qəbul olunmuşdur. Onlara dən vermək böyük savablardan sayılır.
Hər bir gəminin ən azı bir qağayısı olur. Sahildən çıxan gəmini növbəti dayanacağadək bu quş yorulmaq bilmədən izləyir. Gəmi neçə gün yad limanda qalırsa-qalsın, həmin quş kənara uçmadan gəminin üstündə üçür, geri qayıdarkən yenə də gəminin üstündə doğma limana həmin quşla qayıdır. Bu quş gəminin ruhudur. Gəmi batanda həmin quşla birgə sulara qərq olur.
İnsanı ruh tutur
Ruh haqqında batil inanclar da çoxdur. Bu barədə cadugərlər daha çox danışır.
İnsanı ruh tuta bilir. Körpələri, zahı qadınları bəd ruhlu adamlardan 40 gün müddətində mühafizə edirlər. Ölmüş adamın ruhu 40 gün öz evini tərk etmir - inamının əsassız olmadığı da məlumdur.
Böyük ruhlu adamlar qorxmaz, cəsur və istedadlı, zəif ruhlular isə istedadsız və itaətkar olur. Ruhun mərtəbələri, ruhlar aləmi ilə əlaqəsi haqqında orta əsrlərə aid olan müxtəlif mənbələrdə çoxsaylı məlumata rast gəlmək olar. Özünə layiq bilməyəni başqasına rəva görməsən, heç kəsin ruhunu incitməzsən. Bu halda öz ruhun da zədəsiz qalar. Ruhu zədələnmişlərin bədənində fəsadlar əmələ gəlir. Xəstə bədəndən ruh tez də uçub gedir. İtalyan atalar sözünü çox vaxt Engelsin adına işlətmişlər: "Sağlam ruh sağlam bədəndə olar".
Ruhlar haqqında hədislərdə
İmam Sadiq əleyhissəlamdan hədisdə deyilir: "Ruhlar bədənlə qarışmışlar. Bədənə söykənəkli deyillər, əksinə bədəni araya salıb əhatə edirlər". Burada "ruh" sözünün cəm halında, "bədən" sözününsə tək halda işlədilməsi bir bədəndə müxtəlif ruhi qatlardan xəbər verir. Qədim Misir və Hind sakral bilgiləri bu məsələni daha yaxşı işıqlandırır. Məhəmməd Füzulinin "Səhhət və Mərəz" (Sağlamlıq və Xəstəlik) alleqorik əsərində deyilir: "Ruh adlı bir zatı təmiz vardı. O, çox fəzilət sahibi idi... Bir gün başına səfər havası düşdü... Bədən adlı bir məmləkətə rast gəldi. Bu məmləkət yeddi ölkədən ibarət yeddi əndamlı bir mülk idi..."
Hindlilər göy qurşağının yeddi rənginə müvafiq insanın yeddi bədəndən ibarət olduğunu düşünürlər. Birinci - qırmızı rəng fiziki bədənə, qalanları isə ruhi qatlara aid edilir, hərəsinin də funksiyası göstərilir.
Qədim Misirlilərin "Ölü kitabın"da da ruhun yeddi təbəqəsindən söz açılır: "Birinci qat "Sax" - adlanır. Bu fiziki bədəndir. İkinci qat "Ku" (sonralar "Ka", "Ke" də deyiblər). Həyat enerjisini, efir bədənini təmsil edir. Üçüncü qat "Bi" (sonralar ona "ba", "Be" də deyiblər). Həyat qüvvəsini, şüuraltı qatı, astral bədəni göstərir. Dördüncü qat - "İb" (sonralar "Eb" deyiblər) ruh-qəlb, mental bədəni əhatə edir. Beşinci qat - "Eb" şüurüstü qat, səbəbli və ya karmik qatdır. Altıncı - "Eb" mənalı ruh qatı, Yeddinci - "Ax" qatı adlanır.
İmam Əli əleyhissəlamdan deyilən bu hədis ruh haqqında bilgilərimizi artırır: "Bədənin altı halı var: sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və ayıqlıq. Ruh da belədir: həyatı onun elmi, ölümü onun nadanlığı, xəstəliyi isə onun şəkkidir. Sağlamlığı onun əminliyidir, yuxusu onun qəfləti və ayaqlığı onun dərrakəsidir".
Başqa bir hədisdə isə o, buyurur: "...Allahın peyğəmbəri (s.ə.s.) buyurmuşdur: "Ruhlar fəzada bir-biri ilə görüşür və bir-birini qoxuyurdular. Bir-birini tanıyanlar bir yerə yığılır və tanış olmayanlar isə ayrılırdılar".
İslami fəlsəfənin yığcam toplusu olan "Mətlə ül-etiqad" əsərində Məhəmməd Füzuli ruh haqqında yazırdı: "Ruh cism deyildir, çünki cism eyni zamanda iki surəti dərk edə bilməz. Halbuki, ruhun ikidən də artıq surəti dərketmə qabiliyyəti vardır. Ruh cismani də deyil, çünki cismani əşyanın hissələrə bölünməsi lazımdır, halbuki ruh bölünməzdir. Həmçinin ruh cismdəki imkan (qüvvə) olmadığı kimi, cismin surəti də deyildir".
Və sonda - ruhu incitməməyin, onu daim gücləndirməyin yolu isə Allaha yaxın olmaq, ibadət etməkdir, axı Ruh Allaha məxsusdur!
Firudin Qurbansoy
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ruhlar kimə məxsusdur?
18 Fevral 2010 11:46
Baxış: 18 254

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Rəqəmlərlə ünsiyyətiniz bu gün güclüdür
-
Zaqatala Beynəlxalq Hava Limanı niyə işləmir?
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Diasporla İş üzrə Dövlət Komitəsində qeyd edilib - FOTO
-
Suya borcu olanlara ŞAD XƏBƏR
-
Bu ərazilərdə evlər söküləcək – Əhali başqa yerə köçürülür
-
Bir şagirdin "Son zəng" xərci nə qədərdir? - AÇIQLAMA
XƏBƏR LENTİ
-
Bu bürclər çox çətin seçim qarşısında qalacaq
-
"Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
-
Salah 3-cü dəfə ilin futbolçusu seçildi
-
"İndi də bədənimdə qəlpələr var" - Xalq artisti
-
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfərdən görüntülər paylaşıb - FOTO
-
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO
-
Günün qoroskopu: Rəqəmlərlə ünsiyyətiniz bu gün güclüdür
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın” - yenilənib - FOTO
-
“Dedim ki, siz Doğuşla ailə qurmusuz, mən niyə Muradla evlənməyim?” - VİDEO
-
“Fənərbaxça” futbolçuları aranı qatdı - VİDEO
-
“Azərbaycanla müharibə olmayacaq”
-
Ukrayna macar diplomatları ölkədən qovur
-
“Fənərbaxça”dan inamlı qələbə
-
Mariya Stadnik və Messini nə birləşdirir? - FOTO
-
Manaf kövrəldi: “Bu, sonuncu yubileyimdir” - VİDEO
-
“Nürnberq” bugünkü oyunda Mahirə belə təşəkkür etdi - FOTO
-
"Uzak şehir" izləyicilərinə pis xəbər
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
"Arka Sokaklar"da Azərbaycanla bağlı səhnə - FOTO
-
“Sabah” “Şamaxı”ya qalib gəldi
-
Bitum daşıyan yük maşını aşdı - yaralılar var - VİDEO
-
Efirdə aktrisa ilə iştirakçı arasında dava - tibbi yardım göstərildi - VİDEO
-
Bu ət toyuqdan iki dəfə sağlamdır: Mütləq yeməlisiniz