Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmin deyiləm: sarıdır, yoxsa qırmızı...
18 Aprel 2013 17:27
0 Şərh
Baxış: 9 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gözlər qəlbin aynasıdır. Parlaqlığı, sağlamlığı isə insanların həyatının bir parçasıdır. Ətraf mühitdən məlumatların 90%-ni göz vasitəsilə alırıq. Göz insan orqanizminin ən zərif və ən gözəl hissəsidir. Olduqca həssas olan göz zaman-zaman xəstələnir, zəifləyir, bir çox hallarda isə gözəlliyini itirir.
Özünü yeniləməyən, dəyişməyən yeganə orqan olan gözlər çox önəmli bədən üzvü olduğu üçün vaxtında müayinə və müalicə olunmadıqda həll olunması çətin problemlərə yol açır. Bəzən elə problemlər olur ki, onların müalicəsi mümkünsüz olur. Bunlardan biri də daltonizmdir. Dünyaya daltonik gələn insanlar ömürlərinin sonuna kimi də bu cür həyat keçirməyə məcburdurlar.
Daltoniklər rəng seçməkdə çətinlik çəkən insanlardır. El arasında belə bir fikir mövcuddur ki, daltoniklər dünyanı ağ-qara görürlər. Amma bu, tamamilə yanlış fikirdir. Daltonizm rəng korluğudur. Bir rəngin ayrı-ayrı çalarlarını fərqləndirmək onlar üçün çox çətindir. Ən yaxşı halda nadir rəngləri ayırmaqda çətinlik çəkən daltoniklər ən pis halda, ümumiyyətlə, rəngləri bir-birindən ayıra bilmirlər. Kişilər arasında geniş yayılan daltonizm təhlükəli deyil, amma olduqca narahatedici bir haldir. Belə ki, daltonizm dünyada hər 20 kişidən birində, hər 200 qadından birində rastlanılır.
Oftalmoloq Xəlil Özcan daltonizmin insanlar arasında vahimə ilə qarşılanmadığını bildirir. Onun sözlərinə görə, anadangəlmə daltonik doğulan insan artıq ağlı kəsəndə başqalarından heç nə ilə fərqlənməyəcəyini düşünür. Çünki hamını özü kimi bilir və onun üçün rəngləri ayıra bilməmək faciə deyil: "Rəng korluğu anadangəlmə olur. Bəzən sonradan da yarana bilər. Sonradan yaranma rəng korluqları bir sıra dərmanların, yaxud göz sinirlərinin pozulması nəticəsində meydana gəlir. Yeni dünyaya gələn körpənin göz bəbəkləri olduqca açıq rəngdə olur. Onlar, demək olar ki, rəngi seçməkdən məhrumdurlar. Yaş artdıqca gözün rəngi tündləşməyə başlayır və uşaq daha tünd əşyalara əl atır. Daltonik olan uşaqlarda isə göz bəbəyində həmin tündləşmə çox az nəzərə çarpır və uşaq rəngli əşyalara qarşı biganə olur".
Rəng korluğundan əziyyət çəkən insanlar xüsusən yaşıl, sarı, narıncı, qırmızı rəngləri ortaq bir rəng kimi görür. Yaşıl halqanın içindən sarı halqa keçirilsə, daltonik olan insan onların ikisini də bir rəngdə görmüş olacaq. Daltonizm təhlükəli xəstəlik deyil. Gündəlik həyatda narahatlıq yaratmayan bu hal sürücülər, gəmi idarə edənlər üçün çox təhlükəlidir. Elə işıqforun hər üç rəngi rəng korları üçün problemdir.
Oftolmoloq bildirir ki, xəstəliyin səbəbi gözün retina təbəqəsindəki piqmentlərin ya əskik olması, ya da heç olmamasıdır. Bir insanda rəng korluğunun olub-olmamasını yoxlamaq isə olduqca asandır: "Ailədə əvvəllər də belə xəstəlikdən əziyyət çəkən olubsa, sonrakı nəslin nümayəndələrində görülmə ehtimalı var. Uşaq anadangəlmə daltonik olaraq doğulubsa, o, təbii ki, rəngi deyə bilməyəcək, çünki əvvəllər heç vaxt ya qırmızı, ya yaşıl rəng görməyib. Buna görə eyni sayda oyuncağı fərqli-fərqli vaxtda uşağa təqdim edin. Hər dəfəsində eyni və ən parlaq oyuncağa əl uzadılarsa, gözdə rəng alma qabiliyyəti normaldır. Hər dəfəsində fərqli oyuncaqlara və ən sönük rənglisinə əl uzadılırsa, o zaman gözləri diqqətdə saxlamaq lazımdır".
Bir insan daltonik olaraq doğulubsa, onun müalicəsi, demək olar ki, yoxdur. Amma sonradan yaranan rəng korluğu yaranma səbəbindən asılı olaraq müalicə edilə bilər. Elə insanlar var ki, onlar daltonik olduqlarından belə xəbərsizdirlər. Hər hansı bir səbəblə göz müayinəsi zamanı ortaya çıxan daltoniklik sahibləri tərəfindən dəhşətlə qarşılanmır. Çünki dünyaya gəldiyi gündən alışdığı rənglər onun üçün elə də fərqli olmur.
X.Özcanın sözlərinə görə, normal bir insanın gözü 15000 rəngi seçməyə qadirdir. Bəzən sağlam insanlarda da rəng seçməklə bağlı problem yaşanır. Gözdə qlaukoma, şəkərli diabet zamanı da gözlərin rəng seçməsində problemlər yaşanır: "İnsanlar kiminsə daltonik olduğunu eşidəndə onların dünyanı ağ-qara gördüklərini düşünərək onlara acıyaraq baxırlar. Halbuki daltoniklər dünyanı ağ-qara görmürlər. Düzdür, ağ-qara görənlər də var, amma bu, daltonizmin ən ağır formasıdır. Hər 40000 insandan birində rast gəlinən ağ-qara görmə halları bütün daltoniklərə aid deyil".
Qeyd edək ki, daltonizm irsidir. Valideynləri rəng korluğundan əziyyət çəkən uşaqlar daltonik doğulmasalar belə, gələcəkdə övladlarının və nəvələrinin bu xəstəlikdən əziyyət çəkmə ehtimalı qaçılmazdır.
Ekspress.az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu sadə üsul zeytun yağının ləzzətini iki dəfə artırır
-
Yumurta kartonlarının boz olmasının səbəbi ortaya çıxdı
-
"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Göygöldə ağır qəza - Xəsarət alanlar var
-
Ağcabədidə arvadını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - YENİLƏNİB
-
"Kəpəz" "Sumqayıt"ı məğlub edib
-
Əməkdar artistin səhhətində problem yarandı
-
Ramin Əliyev prorektor təyin edildi
-
KVN ulduzu faciəvi şəkildə həyatın itirdi
-
Bakıda soyğunçuluq edən şəxs həbs edildi
-
İslam İnkişaf Bankının sədri Azərbaycana rəsmi səfər edəcək
-
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
-
Gömrük işçiləri də PUA-ları vursun
-
Bu tarixlərdə hava kəskin dəyişir - XƏBƏRDARLIQ
-
Ailə üzvlərini qətlə yetirən Əhməd təkrar cinayət törədib?
-
Kanaldan qadın meyiti tapıldı
-
Ölkədə pensiya yaşı 60-a SALINIR?
-
Azərbaycanda manatla geniş pul kütləsi artıb
-
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı açıqlandı
-
Uşaqlarda məsuliyyət hissini necə artırmaq olar?
-
Bu ölkəni siçanlar "işğal edib"
-
Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ
-
Cevdet Yılmaz Ermənistana gedəcək
-
73 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ