Azərbaycanda şəxsi maşın sahibi olmaq artıq dəbə çevrilib. Ancaq xarici ölkələrdə "Rentacar" (avtomobil icarəsi) xidməti daha geniş yayılıb. Səyahətə və istirahətə gedənlər daha çox bu xidmətdən yararlanırlar. Bakıda da maşın icarəyə götürmək olduqca asan prosedurdur. Belə ki, qısa və uzun müddətə avtomobil icarəyə götürmək olar. Bəs necə? "Yeni Müsavat"ın əməkdaşı bir neçə avtosalona baş çəkərək həm qaydaları, həm də qiymətləri araşdırıb.
Qeyd edək ki, avtomobillər icarəyə götürülən zaman şəxsə ya vəkalətnamə, ya da yol vərəqəsi verilir. Hər iki sənəd avtonəqliyyat vasitəsinin başqa bir şəxsə etibar edildiyini təsdiqləyir. Qanunla icarəyə verilən avtomobillər saxlanıldıqda sözügedən sənədlər olmadıqda cərimə meydançasına aparılır. Avtomobil qısa müddət üçün məsələn, bir neçə saatlıq və bir-iki günlük icarəyə veriləndə yol vərəqəsi ilə təmin edilir. Digər hallarda əsasən vəkalətnamədən istifadə olunur.
Bakıda müxtəlif markalarda maşınlar icarəyə verilir. 2007-ci il buraxılışı olan "Volkswagen Touareg" avtomobilinin bir günlük icarə qiyməti 150 manatadır. Həftəlik qiymət 910 manatdır. 2010-cu il buraxılışı olan "Toyota Prado" avtomobilinin bir günlük icarəsi 120, həftəlik 700, aylıq 1500 manatdır. "Toyota Prado"nun 2008-ci il buraxılışının bir günlük qiyməti isə 90 manatdır.
"Mercedes GL"-in 2008-ci il buraxılışının bir günlük kirayəsi 200 manatdır. Ekonom-klass avtomobillərin bir günlük qiyməti orta hesabla 60-70 manatdır. Biznes-klass avtomobillərinin qiyməti isə ortalama 150 manatdır. "High-class" (sürətli) avtomobillərin bir günlük icarə qiyməti isə 260 manatdan başlayır.
Bakıda şirkətlərin birində, əsasən, bu maşınlar kirayə verilir - "Ford Focus", "Ford Mondeo", "Range Rover", "Mitsubishi Lancer", "Mitsubishi Pajero", "Toyota Land Cruiser", "Toyota Prado", "Toyota RAV 4", "Previa", "Hilux", "Nissan Sunny", "X-Trail", "Murano". Şirkətin nümayəndəsi deyir ki, maşını uzun müddət kirayə götürənlərə endirim edilir. "Avropada "rentacar" şirkətlərinin verdiyi maşınların çoxu 0,8-1,2 motora malik, kiçik ölçülü nəqliyyat vasitələridir. Bu avtomobillərin kirayəsi də ucuzdur. Azərbaycanda isə daha çox mühərrikin həcmi böyük olan maşınlar icarə edilir. Hətta birgünlük icarəsi 1500-2000 manata olan "CİP"lər var. İnsanlar daha çox böyük maşınlara üstünlük verir" - deyə şirkətin adını açıqlamayan meneceri söylədi.
Digər şirkətindən bildirdilər ki, hazırda bu biznes inkişaf etməkdədir və müştəriləri də çox olur: "Kirayəyə verilən avtomobillərin hamısı sığortalanıb, servisi də özümüz həyata keçiririk". Şirkətin icarə şərtlərinə gəlincə, yalnız yaşı 25-dən yuxarı, sürücülük təcrübəsi isə 2 ildən çox olanlar avtomobil kirayələyə bilərlər. Şirkət əsasən "Toyota", "Honda" markalı avtomobillər icarəyə verir. Belə maşınların bir sutkalıq icarə haqqı 70 manatdan başlayır. Maşınların aylıq icarə qiymətləri isə 100-2500 manat arasında dəyişir. Əgər maşın qəzaya düşərsə, şirkət 200 manata qədər olan xərci ödəyir. Qalan xərcləri isə sığorta şirkəti təmin edir.
Başqa şirkətin satış üzrə meneceri də bildirdi ki, yaşı 22-ni keçən və sürücülük vəsiqəsi olan istənilən adam şirkətdən avtomobil icarəyə götürə bilər. Bəzi şirkətlər isə kirayəyə maşın verən zaman kredit kartı, sürücülük və şəxsiyyət vəsiqəsi tələb edir. Adının çəkilməsini istəməyən şirkətin əməkdaşı deyir ki, kirayəçinin yaşı 25-dən yuxarı olmalıdır, 300 manat depozit verməlidir, Bakı sakini və ən azı 1 il sürücülük təcrübəsi olmalıdır: "Əgər maşın Bakı şəhərində sürüləcəksə, qiymətlər nisbətən ucuz olur. Yox, əgər rayonlara səfər ediləcəksə, qiymətlərdə artım olur". Satış menecerinin dediyinə görə, müştərilər avtomobilləri əsasən toy, nişan və digər mərasimlər üçün icarəyə götürürlər. Bəzi insanlar isə daha çox dəb xatirinə özünün ucuz maşını olsa da, bəzi yerlərə gedəndə çox bahalı maşın kirayələyir.
Onun sözlərinə görə, Bakının qonaqları üçün birbaşa hava limanında da xidmətlər nəzərdə tutulub: "Sürücümüz gələn qonağı hava limanında qarşılayır və daha sonra müqavilə bağlanılır. Hava limanından qonağı alıb, qalacağı yerə aparmaq pulsuzdur".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
60 manat ver, min, get!
13 Dekabr 2012 17:08
0 Şərh
Baxış: 3 424

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Sən tək deyilsən
-
Yenə "Mərcan" klinikası - Plastik əməliyyatda ölən pasientin yaxınları şikayətçidir
-
Pensiya ilə bağlı şad xəbər
-
Pənah Hüseyn istefa verdi: yerinə o keçdi - FOTO
-
Yüksək vəzifəli şəxs vəfat etdi
-
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibəti ilə konsert olub - FOTO
XƏBƏR LENTİ
-
Trampdan ŞOK ÇAĞIRIŞ: "Hamı Tehranı dərhal tərk etsin!"
-
Yəhudiləri azad edən iranlı - 2500 il öncə bir iranlı “Mesih” idi – Bəs indi nə dəyişdi?
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
İsrail dediyini etdi - İran televiziyası canlı yayımda belə vuruldu - Ölənlər var - VİDEO
-
Azərbaycanda 3 valyuta bahalaşdı - RƏSMİ
-
Aysunun onu qucaqlamaq istəyən kişiyə reaksiyası GÜNDƏM OLDU - VİDEO
-
İyunun sonu 3 bürc həyatının şokunu yaşayacaq
-
"Real Madrid" "Liverpul"un daha bir ulduzunu transfer etmək istəyir
-
“İkisini də bağışladım”
-
Beynimiz xəyal ilə gerçəyi belə ayırd edirmiş
-
Yay gələn kimi ağcaqanad dərdi də gəlir
-
30-40-50 yaşlarında bədəndə nə baş verir? - Gələcək xəstəliklər və qorunma yolları
-
Demans tədqiqatından heyrətamiz nəticə - Risk artır
-
Rusiyada şagirdlərinə açıq-saçıq şəkillərini göndərən müəllimə həbs edildi - FOTO
-
Allergiyası olan uşağa antibiotik verilməməlidir
-
Osimhen üçün 50 milyon avroluq təklif
-
Günün qoroskopu: Sən tək deyilsən
-
"Bu gün satılan narkotiklər insanı zombiyə çevirir" - Nail Kəmərli
-
İrandan Azərbaycana təxliyə olunan Çaykovski adına Simfonik Orkestri Filarmoniyada təşəkkür konserti verib - FOTO
-
Sərnişin təyyarəsi İran üzərində radardan itdi
-
İran yaxın saatlarda İsrailə cavab verəcək
-
Misir Mərdanov bu məşhurun ad günündə belə rəqs etdi - VİDEO
-
İsrail-İran müharibəsi neftin qiymətini 130 dollara yüksəldə bilər - VİDEO
-
"Fənərbağça" Saneni unutduracaq 2 transfer edəcək