Beynimiz xəyal ilə gerçəyi belə ayırd edirmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər deyir ki, beynimiz xəyal ilə gerçək görüntünü ayırmaq üçün düşündüyümüz qədər mürəkkəb mexanizmə malik deyil.
Milli.Az xəbər verir ki, ABŞ-də aparılan yeni bir araşdırmaya görə beynin bir hissəsindəki aktivlik səviyyəsi - yəni orada nə qədər güclü siqnal getdiyi - bizə bu görüntünün gerçək olub olmadığını hiss etdirir.
Bu hissəyə fusiform girus deyilir. Bu bölgə həm gerçək görüntü görəndə, həm də onu xəyal edəndə aktivləşir. Amma əsas fərq ondadır ki, xəyal edəndə bu bölgədəki siqnal zəif olur, gerçək görəndə isə daha güclü olur. Beyin də sadəcə müəyyən bir səviyyədən yuxarı olan siqnalı "hə, bu gerçəkdir" kimi qəbul edir.
Alimlər təcrübə zamanı 26 nəfərə bir ekranda xətlər göstərib ya da göstərməyib, görüb-görmədiklərini soruşublar. Bəzən də onlardan bu xətləri xəyal etmələrini istəyiblər. Nəticədə bəlli olub ki, adamlar əgər bir görüntünü gözləyirsə və onu xəyal edirsə, bu xəyalı beyin gerçək kimi qəbul edə bilir. Yəni, gözlə görməsə belə, sanki görmüş kimi olur.
fMRI görüntüləmə texnologiyası ilə bu proses izlənib. Göstərilib ki, fusiform girus həm xəyalda, həm də gerçək görüntüdə işə düşür, amma yalnız güclü aktivlik olduqda beyin buna "doğrudan da var" deyə qərar verir.
Bundan başqa, siqnal güclənəndə beynin qərarvermə və analizə cavabdeh hissəsi - anterior insula - da aktivləşir. Bu da göstərir ki, bu hissə fusiform girusdan gələn siqnalı yoxlayır və "bu doğrudanmı var?" qərarını verir.
Tədqiqatın bir məhdudiyyəti odur ki, çox sadə vizual görüntülərlə aparılıb. Alimlər gələcəkdə üzlər, heyvanlar və əşyalar kimi daha mürəkkəb görüntülərlə testlər aparmaq istəyir. Onlar həmçinin beynə dəqiq vaxtda verilən siqnallarla xəyalın tam real kimi qəbul edilə bilib-bilməyəcəyini də araşdırmaq niyyətindədir.
Müstəqil bir neyroloq olan Thomas Pace bu araşdırma haqqında deyib ki, bu tapıntı xəyal ilə gerçəyi ayırmağın çox sadə bir izahını verir və halüsinasiyaların necə yarandığını anlamaqda da kömək edə bilər.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
DÇ-2026: Argentina finalda azlıqda qalır - CANLI - YENİLƏNİR
-
Tramp Dünya Çempionatının finalını izləyir (Foto/Video)
-
Peruda zəlzələ nəticəsində 6 nəfər ölüb
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (Video)
-
"Survivor"un iştirakçısı göz yaşları ilə qarşılandı - (Foto)
-
Üzüm yarpağının suyu niyə daşır?
-
Günün qoroskopu: İş həyatınızda gözlənilməz bir fürsət yarana bilər
-
İranın zərbələri nəticəsində ABŞ hərbçiləri həlak olub
-
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
-
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
-
Bir həftə əvvəl kanalda batan yeniyetmənin (Fotosu)
-
Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib (Video)
-
Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı
-
Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu (Foto)
-
Azərbaycan–Almaniya tərəfdaşlığı: Enerjidən “yaşıl” iqtisadiyyata və tranzitə keçid
-
“Anamsız bizə çətindir” - “Arzum”un qızı
-
"Yeni oxuyan tapıb, ona görə məni atıb" - Nadir Qafarzadə
-
DÇ finallarında 48 ildən sonra ilk yaşanacaq
-
Kəngərlidə ağır qəza - ölən və yaralananlar var (Foto)
-
Əraqçi: Netanyahu İranı parçalamaq istəyir
-
Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub (Foto)
-
Bülent Ersoy estetik əməliyyatdan sonra (Foto)
-
Tovuzda fərdi evdə yanğın oldu - 5 nəfər tüstüdən zəhərləndi (Foto)
-
Nahidə Orucova 65 illik yubileyini keçirtdi - Video





