Hamımızın "sarılıq" kimi tanıdığımız hepatit virusu bu gün geniş yayılan xəstəliklərdən biridir. Dünyada bu xəstəlikdən əziyyət çəkən çox sayda insanlar var. Qaraciyər xəstəliyi olan bu virusun müxtəlif genotipləri (hepatit A, B, C və s.) yayılıb.
Bütün virus hepatitləri əslində infeksion sarılığı olan A virusunun qeyri-hüceyrəvi formasıdır və bu formanı dəyişdikcə yeni xassə alınır. Ondan sonra meydana gələn B, C, D, E və s. formaları hazırda mövcuddur ki, bunlar dünyaya yayılmaqdadır.
Son zamanlar hepatit xəstəliyinin sürətlə yayılması bu xəstəliklə bağlı mübarizəni gücləndirməyi, profilaktik tədbirləri artırmağı zəruri edir. Xatırladaq ki, "Ekspress"in ötən saylarında "Sakit qatil" adlı yazımızda Hepatit B və C barədə geniş məlumat vermişik.
Simptomları
Sarılıq (Botkin xəstəliyi) əsasən, qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hiss ediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmadıqda fatal nəticə verə bilər - yəni ölümlə nəticələnər.
Bu virus qaraciyərin şişməsinə səbəb olur. Nəticə də ağır fəsadlara gətirib çıxarır. Xəstəliyə yoluxmuş insan heç bir ağrıdan şikayət etmir. Bu virus özünü büruzə vermədiyindən onu vaxtında sezmək çox çətindir.
Xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, yüksək temperatur və üşümədir. Uzun müddət keçəndən sonra virusa yoluxmuş şəxsin gözlərinin içi saralır, ağzı acı olur. Ölkədə bu xəstəliklə bağlı vəziyyət stabildir. İnsanlara ildə bir dəfə peyvənd vurulmalıdır. Bu gün hər kəs həmin təhlükəli virusa yoluxmadan özünü qorumalıdır.
Sarılıq əvvəlcə skleralarda, dildə, damaqda meydana çıxır, sonradan üzün, bədənin, ətrafların dərisi saralır. Sarılığın intensivliyi çox vaxt xəstəliyin ağırlığına müvafiq gəlir. Xəstəlik dövrü 2-6 həftədən bir neçə aya qədər davam edir. Bu dövrdə intoksikasiya simptomları: zəiflik, əsəbilik, depressiya, yuxunun pisləşməsi, iştahanın azalması, ürək bulanması, qusma müşahidə olunur.
Kəskin qaraciyər çatışmazlığı viruslu hepatitin təhlükəli ağırlaşmasıdır və ölümlə nəticələnir. Xəstələrin ölməsinə massiv qanaxma, beyin ödemi, ağciyər ödemi, sepsis və s. səbəb olur.
Saralmanın səbəbi
Ümumiyyətlə, sarılıq adı altında dəri, selikli qişalar və gözün sarı rəngdə olması başa düşülür. Sarı rəngi yaradan qırmızı qan hüceyrələrinin (eritrositlərin) əsas tərkib elementlərindən biri olan hemoqlobinin parçalanması nəticəsində alınan bilirubindir.
Bilirubin qan vasitəsilə qaraciyərə daşınır və qaraciyərdə ödün tərkibinə keçərək öd yolları vasitəsilə on iki barmaq bağırsağa ötürülür. Əgər bilirubin bu və ya digər səbəbdən qanda artarsa sarılıq törədir. Bilirubinin qanda miqdarının artması qırmızı qan hüceyrələrinin normadan çox parçalanması, bilirubin metabolizmində olan dəyişikliklər, müxtəlif qaraciyər xəstəlikləri və öd yollarının bu və ya digər səbəblərdən bağlanması nəticəsində baş verə bilər.
Virus hepatitin bir xüsusiyyəti var ki, bu viruslar qana düşdükdən sonra qaraciyər hüceyrələrinə çökürlər və bu hüceyrələrin resursları hesabına çoxalırlar. Sonra qaraciyərdə iltibahlı proses yaranır. Hepatit C hüceyrə daxilinə keçir və hüceyrələri dağıtmağa başlayır. Nəticədə qaraciyər hüceyrələri dağılır. Həm hepatit B, həm də C son anda qaraciyər serrozuna gətirib çıxara bilər. Bu baxımdan da xəstəlik kifayət qədər təhlükəli hesab edilir.
Təhlükəli tərəfinin biri də ondan ibarətdir ki, onlar orqanizmə düşəndən sonra uzun müddət xüsusi bir əlamətlə özünü bildirmir. Yəni xəstələr bunun fərqində olmurlar və həkimə müraciət etmirlər, 6 ay müddətində xəstəlik kəskin dövrünü yaşayır. Sonra xəstəlik xroniki formaya keçir. Xroniki formaya keçən xəstəlik çox zaman müalicəyə çətin tabe olur, nəticədə qaraciyərin hepatitini törədir.
Müalicəsi
Müalicə sarılığın səbəbindən və yanaşı gedən xəstəliklərdən aslı olaraq fərqli olacaqdır. Sarılığa səbəb olan faktor aradan qaldırılırsa, sarılıq da tezliklə itir. Məsələn, sarılığa səbəb ümumi öd axarında daş olarsa, bu ya endoskopik üsulla, ya da cərrahi yollara aradan qaldırılır və tezliklə xəstənin dərisi də normal rəng alır.
Eləcə də kəskin hepatit hallarının törədicisindən asılı olaraq təyin edilən müalicə tez bir zamanda sarılığın itməsinə səbəb olur.
Sarılıqda rejim və pəhriz əsas müalicə tədbiri sayılır. Hepatitin hər hansı bir formasına düçar olanlar xəstəliyin kəskin dövründə yataq rejimində olmalıdırlar.
Nə yeməli?
Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə bağlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir.
Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir. Ayrılıqda arpa şirəsi, razyana, kərəviz kökünün qabığı, iskəncəbi, ispanaq, turş alma və turş nar yemək müsbət təsir göstərir. Xəstəlik istilikdən olarsa və ürəkbulanması baş verərsə, bişmiş qara gavalı yemək, kasnı suyu, quşüzümü suyu içmək münasibdir. Bu zaman pərpərən yarpağı, arpa unu, gülxətmi yarpağı, qızılgül, səndəl, gülab və sirkə qarışığından təpitmə qoyulur.
Xəstəlik ciyər yollarının və damarlarının tutulmasından irəli gələrsə, əvvəlcə xəstəni qusdurmaq, sonra vanna qəbul etmək, bədəni bənövşə yağı ilə yağlamaq lazımdır. Bunun ardınca kərəviz, razyana, şüyüd suyunu (hər birindən 24q) qaynadıb ona 7,2 q şirin badam yağı, 2,4q püstə yağı, 2,4q badam yağı qatıb yeyirlər.
İstilik bir müddət davam edərsə, vanna qəbul etmək, bədənə çobanyastığı, süsən və şüyüd yağı sürtmək faydalıdır. Sarılıq gözlərə nüfuz edərsə, körpə balqabağı xəmirə tutub od üzərində bişirir, suyunu çıxarıb gözə çəkirlər. Bu baxımdan təzə keşniş suyu da faydalıdır.
Yalançı sarılıq
Bəzən çoxlu miqdarda kök, yemiş yemək yalançı sarılığa səbəb olur. Buna səbəb onların tərkibində dəriyə sarı rəng verə bilən beta-karoten (beta-carotene) olmasıdır. Bu hal müvəqqətidir və tezliklə öz-özünə aradan qalxır. Belə saralmaya psevdosarılıq və ya yalançı sarılıq.
Kriqler-Naccar sindromu və Dubin-Conson sindromu da saralma ilə müşayiət olunur.
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qorxduğumuz sarı bəla
4 Oktyabr 2012 15:31
1 Şərh
Baxış: 26 100

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tezliklə bu bürclərin "başı ağrıyacaq" - rədd edilmə, məyusluq
-
Allergiyanı yüngülləşdirmək üçün sarımsaq bal qarışımı
-
Zümrüd bu müğənnilərə qadağa qoydu
-
İnsan bu yaşda ən xoşbəxt dövrünü yaşayır - Alimlər açıqladı
-
Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq-saçıq FOTOSESSİYA
-
Çempionlar Liqası: PSJ finala çıxdı
-
Azərbaycanda tiktoker insan alverində ittiham edilir
-
Azərbaycanda zəlzələ oldu
-
Oğuzda ağır qəza - xəsarət alanlar var - yenilənib - VİDEO
-
Ronaldu öz zərbəsinə güldü, Benzemaya uduzdu - VİDEO
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! – Təhlükə saçır - VİDEO
-
Ən dadlı gürcü xaçapurisinin resepti
-
Günün qoroskopu: Puldan çox dəyərlə maraqlanacaqsınız
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Yağış sakinləri acınacaqlı duruma saldı: "Uşaqlar itib, bilmirik ki, kim aparıb"
-
Tolik ata oldu - VİDEO - FOTO
-
Şahbaz Şərif: "Pakistan böyük qələbə qazandı"
-
Moskva meri: "8 Ukrayna PUA-sı vurulub"
-
Azərbaycanlılara 22 il həbs cəzası: əvvəl maşınla əzdilər, sonra bıçaqladılar
-
Ot bahalaşdı, bəs ət?
-
Xatirə bu tarixdə sənətdən gedir
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
-
Acunun "Survivor"dan uzaqlaşdırdığı iştirakçı ağladı - VİDEO
-
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - VİDEO