Şəkər xəstəliyi ən acı azarlardan biridir. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində dünyasını dəyişir.
Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edir ki, təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti 10 ildə 50 faizə qədər artacağı ehtimal olunur. Hesab olunur ki, ölkədən asılı olaraq əhalinin 2-10%-i şəkərli diabetlə xəstədir.
Diabetli xəstələrin sayı, xüsusi ilə də inkişaf etmiş ölkələrdə durmadan artır. Təsadüfi deyil ki, DST 2006-cı ildə xüsusi bəyannamə qəbul edərək şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib...
Diabetes mellitus (diabet yunanca "süzənək", mellitus isə latınca "bal kimi şirin") və yaxud sadəcə, diabet, şəkər xəstəliyi, şəkərli diabet adlandırdığımız bu azar şəkərin qanda xroniki artımıdır.
Tibb elmi bu xəstəliyi belə xarakterizə edir: "Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, tam və ya nisbi insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə olunur. Diabetdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Diabetlə əlaqəli ağırlaşmalarin hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır".
İnsulin problemi
Beləliklə, diabet - xroniki insulin çatışmazlığından əmələ gəlir. İnsulin hormon olub mədəaltı vəzin Langerhans adacıqlarında yaranır.
Mədəaltı vəzin insulin hormonu orqanizmdə karbohidrat, zülal və yağ mübadiləsində iştirak edir. Karbohidrad mübadiləsinə insulin, qlükozanın orqanizmin hüceyrələrinə daxil olması ilə, qlükozanın orqanizmdə alternativ sintezini aktivləşdirməklə, qara ciyərdə şəkərin ehtiyatlarını artırması qlükogen sintezi ilə təsir edir. Eyni zamanda, o, karbohidratların parçalanmasının qarşsını alır.
Zülal mübadiləsinə insulinin təsiri zülal və nuklein turşularının sintezini gücləndirməkdən və zülalın parçalanmasını ləngitməkdən ibarətdir. İnsulin qlükozanı yağ hüceyrələrinə daxil etməklə yağ tutumlu maddələrin sintezini gücləndirir, hücəyrənin enerji alma prosesini aktivləşdirir ve yağların parçalanmasını ləngidir. İnsulinin təsiri altında natriumun hüceyrələrə daxil olması güclənir.
İnsulinin işinin pozulması onun hazırlanmasının çatışmazlığı ilə və yaxud onun toxumalara təsirinin pozulması ilə əmələ gəlir. İnsulin hasil edən Langerhans adacıqlarının mədəaltı vəzdə autoimmun prosesler nəticəsində dağılması, insulin hasilinin çatışmamazlığını əmələ gətirir və insulin çatışmamazlığı nəticəsində 1-ci tip şəkərli diabet yaranır. Xəstəlik zamanı fəaliyyət göstərən hüceyrələr 20%-ə qədər azalır və ya tam sıradan çıxırlar.
Tipləri
1-ci tip şəkərli diabet əmələ gəlməsi səbəbinə görə bölünür:
autoimmun şəkərli diabet
idiopatik şəkərli diabet
Autoimmun şəkərli diabet immun sistemin pozğunluğu nəticəsində yaranır. Bu vaxt orqanizmdə Langerhans adacıqlarının insulin hasil edən hüceyrələrini zədəliyən antitellər yaranır. Autoimmun prosesin inkişafına virus infeksiyaları, bəzi toksik maddələrin təsiri (nitrozaminlər, pestisidlər) səbəb olur.
İdiopatik şəkərli diabetin səbəbləri məlum deyildir.
2-ci tip şəkərli diabetin əmələgəlmə səbəbləri irsi meylilik və xarici faktorlardır.
Genetik. Diabetli qohumu olan şəxslərdə bu xəstəliyin əmələ gəlmə riski yüksəkdir. Əgər valideynlərdən biri xəstədirsə, şəkərli diabetin əmələ gəlmə riski 3%-9%-ə qədərdir.
Piylənmə. Bədən çəkisinin artıqlığı və piy toxuması miqdarının, xüsüsi ilə qarın nahiyəsində çoxluğu (abdominal tip) orqanizm toxumalarının insulinə həssaslığını azaldır və şəkərli diabetə zəmin yaradır.
Qidalanma pozulmaları. Çoxlu miqdarda karbohidratlı və sellüloz çatışmamazlığı olan qidaların qəbulu piylənməyə və şəkərli diabetin artmasına gətirib çıxarır.
Xroniki stressler. Stress qanda ketaxolaminlərin (adrenalin, noradrenalin), qlukokortikoidlərin artmasına səbəb olur: nəticədə şəkərli diabetin inkişafına zəmin yaranır.
Ateroskleroz, ürəyin işemik xəstəliyi, arterial hipertoniya uzun müddət davam etdikdə toxumaların insulinə həsaslığını azaldır.
Bəzi dərman preparatları diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bura sintetik qlukokortikoid hormonları, sidikqovucu preparatlar, xüsusi ilə tiazid diuretikləri, bəzi hipotenziv preparatlar və şişə qarşı dərman maddələri aiddir.
Autoimmun xəstəliklər (autoimmun tiroidit, böyrəküstü vəzin çatişmamazlığı) şəkərli diabetin yaranmasına şərait yaradır.
Tibb acizdir, çarə şəkəri idarədədir...
Müasir tibb elminin diabeti müalicəsi əksər hallarda simptomikdir - xəstəliyin səbəblərini aradan qaldırmadan onun simptomlarının aradan qaldırılmasına yönəldilib. Təəssüflər olsun ki, tibb şəkər xəstəliyinin effektiv mülaciəsinə hələ nail ola bilməyib.
Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevrilə bilər, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılıdır. Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır...
Qanda şəkərin ac qarına səhər 3.3 mmol/l-6.1mmol/l (59-110 mq%) arasında olması norma sayılır. Qlukozanın miqdarının acqarına 110 mq%-dən yuxarı olması şəkərli diabetin olmasını göstərir. Diabetin diaqnozunun təsdiq edilməsi üçün digər günlərdə qlükoza qanda təyin olunmalı ve lazım olarsa qlükozaya dözümlülük testi keçirməli və qanda qlikogemoqlabin təyin olunmalıdır.
Həkimlər şəkərli diabetin müalicəsində aşağıdakı yollara üstünlük verirlər:
- Karbohidrogen mübadiləsinin kompensasiyası
- Ağırlaşma hallarının proflaktikası və müalicəsi
- Bədən kütləsinin normallaşdırılması
- Pasientin öyrədilməsi.
Karbohidrat mübadiləsinin kompensasiyasına iki yolla nail olunur: diabetin tipindən asılı olaraq hüceyrələri insulinlə və pəhrizi gözləməklə karbohidratlarla bərabər və eyni şəkildə təmin etmək.
Pəhriz - şəkəri azaldan dərmanların və ya insulinin qəbulu ilə birlikdə diabetin müalicəsinin vacib tərkib hissəsidir. Pəhrizi gözləmədən karbohidrat mübadiləsini kompensasiya etmək mümkün deyil.
Qeyd edək ki, 2-ci tipli diabetdə, xüsusilə də xəstəliyin erkən vaxtlarında karbohidratların mübadiləsini kompensasiya etmək üçün sadəcə yalnız pəhriz yetərlidir. 1-ci tipli diabetdə pəhriz xəstə üçün həyati önəm daşıyır: pəhrizin pozulması hipo- və ya hiperqlikemik komaya, hətta ölümə apara bilər.
Təbabət diabetə qarşı
Orta əsr təbabətinə görə, şəkər xəstəliyinin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez təsir göstərir.
Keçmiş həkimlər bu xəstəliyin səbəbini böyrək funksiyasının pozulmasında gördüklərindən, onlar müalicəni də böyrəyin qüvvətlənməsi və onun funksiyasının normallaşması istiqamətində aparırdılar.
Əgər xəstələrin (xüsusilə cavanların) ümumi vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr verirlər.
Şəkər xəstəliyi olan şəxslərdə böyrəyin tənzimlənməsi üçün turp, qora, limon, keşniş, düyü işlətmək, sərin havada olmaq tövsiyə olunur. Qədim təbiblər xəstələri şəkərli maddələr, o cümlədən bal yeməkdən çəkindirməmiş, yalnız xəstəliyin şiddətli dövründə onlara həmin qidaları işlətməyi qadağan etmişlər.
Keçmiş təbabətə görə, xəstələr yağlı yeməklərin üzərinə darçın səpsələr, onun zərərini xeyli azaltmış olarlar. Darçın yağların həll olunmasına yaxşı kömək göstərir. Bu xəstəliyə tutulanlara paxla, lobya və dənli bitkilər işlətmək məsləhət görülür. Onlar pəhriz məqsədilə çöl dovşanı və keçi əti yeməlidirlər.
Meyvələrdən çiyələk, böyürtkən, əzgil, nar (narı içərisinin tumları ilə birlikdə yemək lazımdır), zirinc, zoğal axtası, qarağat, alma və armud daha faydalıdır.
Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri də yeralmasıdır. Onlar kartofu kabab kimi və ya buxarda bişirib yeyə bilərlər. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir.
Xəstələrin şəkərə olan ehtiyacını təmin etmək üçün şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30 q abqora içsələr, onların şəkəri aşağı düşər. Dibetiklərə çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görülür.
Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş və xurma işlətməkdən çəkinməlidirlər.
Şəkər xəstələri tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edirlər.
Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluqu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir. Susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir.
Məsləhət
* Yarpız suyu içmək mədəni bəlğəmdən təmizləyir.
* Xörəkdə darçın işlətmək mədə ağrısını azaldır.
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Şəkər xəstəliyindən qorunmaq mümkündür?
3 Oktyabr 2012 14:26
0 Şərh
Baxış: 26 892

DİGƏR XƏBƏRLƏR
-
Qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqlar haqqında qərar verildi
-
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
-
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
-
Ginekoloq əməliyyatdan kadr paylaşdı, jurnalist sərt reaksiya verdi
-
Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb - ARAŞDIRMA
-
Sabah dənizdə hava necə olacaq?
XƏBƏR LENTİ
-
Hər bürc üçün həftənin ən şanslı günü
-
“Putin məndən zəng gözləyir” - Tramp
-
Tramp-Zelenski görüşü başa çatdı - YENİLƏNİB - FOTO
-
Zelenski: Ukraynanın ABŞ-dən dəstək üçün “hər şeyə” ehtiyacı var
-
Azərbaycanlı turistlər pulu nəyə xərcləyir? - ARAŞDIRMA
-
Atəşkəs zəruri deyil – Tramp
-
Zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
-
Tramp: Zelenski indi müharibəni bitirə bilər
-
"Ferensvaroş"un futbolçusu "Qarabağ"la sabahkı oyun haqda
-
Bu məşhur markanın iki modeli "ölümcül maşınlar" sırasındadır - FOTO
-
Azərbaycanda zəlzələ oldu
-
İran bu ölkələrlə sərhədə 130 kilometrlik divar çəkdi
-
Bu vərdişlər dişlərinizi məhv edir - Açıqlama
-
Anasının həbsindən sonra Aysunun bu görüntüləri yayıldı - VİDEO
-
Qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqlar haqqında qərar verildi
-
Rusiyada tanınmış azərbaycanlı iş adamı həbs edildi
-
Paşinyan: Avqustun 8-dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq
-
Yorğun hiss edirsinizsə ilk növbədə bunu yoxladın
-
Qarabağı tərk etmiş ermənilər Azərbaycana qayıdacaqmı? - Paşinyandan açıqlama
-
Bakının bəzi ərazilərində qaz olmayacaq - YENİLƏNİB
-
"Biz həm bu gün, həm də gələcəkdə revanş cəhdlərini qətiyyətlə rədd etdik"
-
Paşinyan Azərbaycan və Ermənistan arasında anklavlar məsələsindən danışıb
-
Brilliant Dadaşovadan Rəqsanənin həbsinə reaksiya - FOTO
-
Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş