Bu yay tətil üçün hara getmək olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay mövsümünün gəlişi isti xatirələri, yeni kəşfləri və səyahət ruhunu özü ilə gətirir. Bu dövrdə sərnişinlər həm dəniz istirahəti, həm şəhər turizmi, həm də qısamüddətli "getaway" səfərləri üçün müxtəlif istiqamətlərə üstünlük verirlər. Aralıq dənizi kurortlarından Avropanın tarixi şəhərlərinə qədər uzanan marşrutlar yay aylarında ən çox seçilən səyahət variantları sırasında yer alır. Rahat uçuş imkanları, vizasız marşrutlar və fərqli istirahət təcrübələri isə səyahətçilərin seçimində əsas rol oynayır.
Milli.Az xəbər verir ki, yay mövsümündə artan səyahət marağını nəzərə alan Azərbaycan Hava Yolları (AZAL) sərnişin tələbatına uyğun olaraq bir sıra istiqamətlər üzrə reys proqramını genişləndirir. Xüsusilə yay aylarında yüksək tələbat müşahidə olunan dəniz və turistik marşrutlar üzrə uçuş tezliklərinin artırılması sərnişinlərə daha çevik və rahat səyahət planlaması imkanı yaradır.
Dəniz və resort istiqamətlərinə üstünlük verən səyahətçilər
Yay mövsümü əksər insanlar üçün günəşli çimərliklər, isti qum və rahat istirahət deməkdir. Tətil planlarını öncədən quran sərnişinlər bu mövsümdə daha çox dəniz kurortları və resort istiqamətlərinə maraq göstərirlər. Müxtəlif büdcələrə uyğun səyahət seçimlərinin mövcud olması isə yay tətilini daha əlçatan edir.
Azərbaycanın milli aviadaşıyıcısı yay mövsümündə sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Aviaşirkətin marşrut şəbəkəsində Aralıq dənizi sahillərinə uçuşlar, regional istiqamətlər və vizasız marşrutlar xüsusi yer tutur.
Antalya, Batumi, Trabzon və İzmir kimi yay istirahəti üçün ən çox seçilən istiqamətlərlə yanaşı, Adriatik sahilinin məşhur kurort şəhərlərindən olan Tivat, eləcə də Şarm əl Şeyx kimi beynəlxalq turizm mərkəzləri də sərnişinlərin üstünlük verdiyi marşrutlar sırasında yer alır. AZAL-ın yay mövsümü üzrə marşrut şəbəkəsinə daxil olan istiqamətlərdən biri də Misirin Al-Alameyn şəhəridir. Aralıq dənizi sahilində yerləşən bu kurort şəhərinə reyslər 28 avqust 2026-cı il tarixinə kimi həftədə 1 dəfə icra olunacaq və sərnişinlərə yay istirahəti üçün əlavə seçim imkanı yaradacaq.
Bundan əlavə, Azərbaycan Hava Yollarının 2026-cı ilin yay mövsümü üçün yenidən açdığı Bodrum, Dalaman və Adana (Mersin) reysləri sərnişinlərin ailəvi istirahət, "all-inclusive" tətil və çimərlik təcrübəsi üçün marşrut seçimini daha da genişləndirir.
Mövsüm ərzində sözügedən şəhərlərə həyata keçiriləcək reyslərin sayı aşağıdakı kimidir:
• Bodrum və Dalaman - həftədə 7 reys
• Adana - həftədə 3 reys
Antalya şəhəri isə milli aviadaşıyıcının bu yay sezonunda ən çox reys həyata keçiriləcək beynəlxalq kurort istiqamətidir. Belə ki, Bakı-Antalya-Bakı marşrutu üzrə həftədə 21 reys baş tutacaq.
Şəhər turizmi üçün seçilən istiqamətlər
Dəniz istirahəti ilə yanaşı, yay aylarında şəhər turizminə maraq göstərən sərnişinlərin sayı da artır. Paris, London, Barselona, Milan, Vyana, Praqa, Berlin, İstanbul, Moskva və Sankt-Peterburq kimi şəhərlər tarix, memarlıq, incəsənət və qastronomiya təcrübələri ilə seçilir. Əvvəlki sezonlarda olduğu kimi, sözgüedən mövsümdə də İstanbul şəhəri həftədə 17 uçuş həyata keçirilməklə ən çox səyahət edilən şəhərlərdən biri olaraq qalır.
Bu istiqamətlər, eyni zamanda tək səyahət ("solo trip"), qısa müddətli şəhər səfərləri və "city-break" planlayan sərnişinlər tərəfindən ən çox üstünlük verilən marşrutlar sırasındadır. Yay festivalları, canlı şəhər atmosferi və zəngin mədəni həyat Avropa şəhərlərini mövsümün ən populyar səyahət istiqamətlərindən birinə çevirir.
Yayın ruhunu hiss etdirən təbiət marşrutları
Son illərin səyahət tendensiyaları göstərir ki, sərnişinlərin bir qismi klassik çimərlik və şəhər turizmindən fərqli olaraq təbiətə daha yaxın istiqamətlərə üstünlük verir. Sakit atmosfer, açıq hava fəaliyyətləri və təbii mənzərələr təqdim edən marşrutlar xüsusilə aktiv istirahət sevən səyahətçilərin diqqətini cəlb edir.
AZAL-ın Mərkəzi Asiya marşrut şəbəkəsinə daxil olan Almatı, Aktau, Astana, Bişkek və Səmərqənd, eləcə də Tbilisi və Batumi kimi istiqamətlər eko-turizm, yürüş ("hiking") və açıq hava ("outdoor") fəaliyyətləri üçün ideal seçimlər hesab olunur. Bundan əlavə, Bakı-Tbilisi-Bakı marşrutu həftədə 42 uçuşla bu sezon AZAL-ın ən çox reys icra edəcəyi beynəlxalq istiqamət olacaq.
Bununla yanaşı, Azərbaycan Hava Yollarının Qazaxıstanın Şımkent şəhərinə açdığı reyslər də aktiv istirahətə üstünlük verən səyahətçilər üçün yeni imkanlar yaradır. Şımkent reysləri 16 iyun tarixindən etibarən həftədə 3 dəfə həyata keçirilir.
Şərqin rəngləri və ekzotik marşrutlar
Fərqli mədəniyyətləri və yeni səyahət təcrübələrini kəşf etmək istəyən sərnişinlər üçün Pekin, Delhi, Mumbay, Lahor və İslamabad kimi şəhərlər yay mövsümünün diqqət çəkən istiqamətləri sırasında yer alır.
İstər dəniz sahillərində rahat istirahət, istər Avropanın canlı şəhər atmosferi, istərsə də fərqli mədəniyyətləri kəşf etmək üçün planlaşdırılan səfərlər yay mövsümündə hər bir səyahətçi üçün yeni təcrübələr və unudulmaz xatirələr vəd edir. Azərbaycanın milli aviadaşıyıcısı isə geniş marşrut şəbəkəsi və rahat uçuş imkanları ilə sərnişinlərə bu yayı dünyanın müxtəlif istiqamətlərində qarşılamaq imkanı yaradır.
Yay sezonu üzrə reys cədvəli və biletlər haqqında ətraflı məlumatı aviaşirkətin rəsmi veb səhifəsi və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Hüseyn Cavid və Ayna Sultanova küçələrində təmir işləri başlayır
-
16 yaşadək şəxslərin sosial şəbəkələrə qeydiyyatı qadağan olunur
-
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
-
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
-
Bazarlarda meyvə və tərəvəz ucuzlaşdı: Yeşiyi 1 manat
-
Bu yay tətil üçün hara getmək olar?
XƏBƏR LENTİ
-
Natavan Həbibi rəqqasələrinə görə tənqid atəşinə tutuldu - (Video)
-
Hüseyn Cavid və Ayna Sultanova küçələrində təmir işləri başlayır
-
Rəqsanənin qızı adını dəyişdirdi - (Foto)
-
Göyçayda iki avtomobil toqquşub, biri kanala düşüb
-
ABB-dən şikayət: "Vəfat edən anamızın kreditinə görə veteran və əlillik pullarımızı tutublar"
-
16 yaşadək şəxslərin sosial şəbəkələrə qeydiyyatı qadağan olunur
-
"Röya ilə 30 ildir dostuq,1 dəfə aramız dəyməyib"
-
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
-
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
-
Kadir İnanırın vəsiyyəti açıqlandı
-
Sosial şəbəkələrlə bağlı yeni cərimələr təsdiqləndi
-
Həkim məsləhəti olmadan verilən vitamin uşağı xəstəxanalıq etdi - (Video/Foto)
-
Nazilə Səfərli izləyicisini polisə verdi: "Sizin üçün Arzum deyiləm" - (Foto)
-
Bazarlarda meyvə və tərəvəz ucuzlaşdı: Yeşiyi 1 manat
-
Brilliant Dadaşova ilk dəfə yeni işini açıqladı
-
Bu yay tətil üçün hara getmək olar?
-
Azərbaycanda kurikulum sistemi ləğv olunur? - Nazir açıqladı
-
Fatimə Hüseynova faciəli şəkildə vəfat etdi
-
Çayda ilişib qalan Çin avtomobilinin dadına "niva" çatdı - (Video)
-
Milli Məclisin iclası keçirilir
-
Sabahdan 25–60 Vt lampaların satışı dayandırılır
-
"Qadınlarda əzələ çıxarmaq mədəniyyətini mən gətirmişəm"
-
Estetik əməliyyatdan narazı qalan pasiyentlər həkimdən necə təzminat ala bilər?
-
Axtarışda olan 205 nəfər saxlanılıb





