Cəmiyyət

Ayın 18-dən bütün universitetlərdə tədris distant OLUR? - AÇIQLANDI

7 May 2026 13:27
Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məlum olduğu kimi, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi ilə əlaqədar paytaxtda fəaliyyət göstərən təhsil müəssisələrində tədris distant formada keçiriləcək.

Milli.Az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev Bakıdakı peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı Əmr imzalayıb.

Lakin bəzi tələbələr "Qafqazinfo"ya müraciət edərək təhsil aldıqları universitetlərdə tədrisin ənənəvi qaydada davam etdiriləcəyini bildiriblər. Onların sözlərinə görə, rəhbərlik tərəfindən bu qaydanın paytaxtın kənarda yerləşən ali məktəblərinə şamil edilməyəcəyi barədə xəbərdarlıq edilib.

Məsələyə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi aydınlıq gətirib. Qurumdan bildirilib ki, 18-22 may tarixlərində Bakıdakı bütün ali və orta ixtisas məktəblərində tədris onlayn formada təşkil ediləcək:

"Bu təcrübə pandemiya dövründən mövcuddur və bu formata keçidlə bağlı heç bir çətinlik yoxdur, maddi və texniki imkanlar buna cavab verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.