İdman

Çempionlar Liqasında hakim qalmaqalı böyüyür

7 May 2026 12:00
Baxış: 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Almaniyanın "Bavariya" futbol klubunda Fransa təmsilçisi PSJ ilə Çempionlar Liqasının yarımfinal cavab oyunundakı hakimlik ciddi narazılıq yaradıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Münhen təmsilçisi görüşdə bir neçə epizodun matçın gedişinə təsir etdiyini düşünür.

Klub tərəfi Nunu Mendeşin ikinci sarı vərəqə almalı olduğunu, Joau Neveşlə bağlı epizodun isə VAR tərəfindən daha ciddi araşdırılmasının vacibliyini hesab edir. Bundan başqa, "Bavariya"da oyun ərzində PSJ-nin xeyrinə bir sıra qayda pozuntularının səhv qeydə alındığı qənaəti var.

Baş məşqçi Vensan Kompani də matçdan sonra hakim qərarlarından narazılığını gizlətməyib. O, bir neçə mübahisəli epizodun komandası üçün ağır nəticə yaratdığını bildirib.

Qeyd edək ki, "Bavariya" PSJ ilə cavab oyununda 1:1 hesablı heç-heçə edib və iki oyunun nəticəsinə görə 5:6 hesabı ilə mübarizəni dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.