Hadisə

Polis əməliyyat keçirdi - Saxlanılan var

7 May 2026 13:07
Baxış: 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.

Milli.Az xəbər verir ki, araşdırma zamanı ondan ümumilikdə 6 kiloqram 765 qram həşiş və marixuana aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.