Azərbaycan vasitəsilə Ermənistana alüminium və taxıl göndərilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
Milli.Az-ın məlumatına görə, bu dəfə 2 vaqon alüminium və 9 vaqon taxıl göndərilib
Vaqonlar "Biləcəri" stansiyasından yola salınıb.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.
9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.
Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto - 770 ton) olan 11 vaqonda taxıl göndərilib.
Martın 24-də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib.
Martın 25-i 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda göndərilib.
Aprelin 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 349 ton Rusiya buğdası göndərilib.
Aprelin 21-i Azərbaycandan Ermənistana 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar göndərilib.
Aprelin 24-də isə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 5 vaqondan ibarət taxılın ümumi çəkisi 350 ton olan taxıl göndərilib.
Aprelin 30-u Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət, ümumi çəkisi 279 ton olan taxıl və 3 vaqondan ibarət, çəkisi 203 ton təşkil edən gübrə göndərilib.
Mayın 3-ü Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqondan ibarət, ümumi çəkisi 536 ton olan gübrə göndərilib.
Mayın 4-ü Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə göndərilib.
Mayın 6-da Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 4 vaqondan ibarət, çəkisi 271 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 275 ton olan taxıl yola salınıb./Trend.Az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
-
Hörmüz boğazı əməliyyatı niyə dayandırıldı?
-
Azərbaycanda bu şadlıq sarayı bağlandı
-
"Tər iyi verir, diş fırçalamır, məni təbii SEV DEYİR"
-
Balakən kanat yolunun inşasına BAŞLANILDI
-
Putin jesti ilə diqqət çəkdi - VİDEO
-
Aqşin Behbudov itkin DÜŞDÜ
-
Məşhurlar "instagram"da milyonlarla izləyici itirdi - SƏBƏB
-
İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da
-
"Ərimin evini kirayə verib, anam verdiyi evdə yaşayırıq"
-
Barış Mançonun dostu evində ölü tapıldı - FOTO
-
Qurban bayramında ətin qiyməti belə DƏYİŞƏCƏK - Əhaliyə vacib XƏBƏRDARLIQ
-
Azərbaycanlı müğənni hovuzdan görüntüsünü yaydı - VİDEO
-
Ölkədəki apteklərdə saxta dərmanlar SATILIR?
-
Azərbaycan vasitəsilə Ermənistana alüminium və taxıl göndərilib
-
“Azadlıq Layihəsi” nədir? - ABŞ-ın yeni strategiyası
-
Ronaldonun Corcinasının 153 minlik ÇANTASI - FOTOlar
-
Məşhur hakim tanınmaz halda - FOTO
-
Vəfa Mustafayev vəfat ETDİ
-
“Benfika”nın futbolçusu FİFA-dan cəza aldı
-
May ayında 3 BÜRCə hər şey birdən GƏLƏCƏK - Xoşbəxtlik, pul...
-
Sürücülərin NƏZƏRİNƏ - Bu məşhur küçə bağlanır
-
Mayın 10-da imtahan OLACAQ
-
Türkiyə qorxulu röyası - "İldırımxan"ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR - VİDEO





