İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq Birbanklılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləyə biləcəklər.
Belə ki, istifadəçilər Birbank mobil tətbiqində "Tarixçə" bölməsindən ödənişin keçdiyi marşrut nömrəsini, metro stansiyanın adını və gediş tarixini görə bilərlər. Bu da vətəndaşlara gecikmiş ödənişlər zamanı çıxılan məbləğin konkret hansı gedişə aid olduğunu ödəniş qəbzi vasitəsilə aydın şəkildə izləmək imkanı yaradır.
Yeni funksiya NFC texnologiyası ilə bank kartı vasitəsilə həyata keçirilən ödənişlər üçün aktivdir və bütün Birbanklılar üçün əlçatandır.
Məlumat üçün bildirək ki, ötən il Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində "Baku Bus" MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında, həmçinin "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyası tətbiq edilib. "K Group" MMC (BakıKart) ilə baş tutan bu əməkdaşlıq bütün yerli bank kartlarını əhatə edir.
Qeyd edək ki, ictimai nəqliyyatda gediş haqqının ödənilməsi, həmçinin NFC/QR texnologiyaları vasitəsilə həyata keçirilən ödənişlərin texniki tərəfləri Bakı Metropoliteni və BakıKart sisteminin idarəçiliyindədir. Bank ötürülən əməliyyat məlumatları əsasında, yalnız müəyyən edilən məbləğin müştərinin hesabından silinməsi prosesini icra edir. Bu səbəbdən sualı olan müştərilə ətraflı məlumat almaq üçün BakıKart-a müraciət edə bilərlər.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu tarixdən mobil internet söndürüləcək - Moskvada
-
Çoxuşaqlı ailələrə pul, iş və maşın VERİLƏCƏK - Bu qonşu ölkədə
-
Dəhşətli istilər gəlir - Əhaliyə XƏBƏRDARLIQ
-
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
-
Hörmüz boğazı əməliyyatı niyə dayandırıldı?
-
Azərbaycanda bu şadlıq sarayı bağlandı
-
"Tər iyi verir, diş fırçalamır, məni təbii SEV DEYİR"
-
Balakən kanat yolunun inşasına BAŞLANILDI
-
Putin jesti ilə diqqət çəkdi - VİDEO
-
Aqşin Behbudov itkin DÜŞDÜ
-
Məşhurlar "instagram"da milyonlarla izləyici itirdi - SƏBƏB
-
İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da
-
"Ərimin evini kirayə verib, anam verdiyi evdə yaşayırıq"
-
Barış Mançonun dostu evində ölü tapıldı - FOTO
-
Qurban bayramında ətin qiyməti belə DƏYİŞƏCƏK - Əhaliyə vacib XƏBƏRDARLIQ
-
Azərbaycanlı müğənni hovuzdan görüntüsünü yaydı - VİDEO
-
Ölkədəki apteklərdə saxta dərmanlar SATILIR?
-
Azərbaycan vasitəsilə Ermənistana alüminium və taxıl göndərilib
-
“Azadlıq Layihəsi” nədir? - ABŞ-ın yeni strategiyası
-
Ronaldonun Corcinasının 153 minlik ÇANTASI - FOTOlar
-
Məşhur hakim tanınmaz halda - FOTO
-
Vəfa Mustafayev vəfat ETDİ
-
“Benfika”nın futbolçusu FİFA-dan cəza aldı
-
May ayında 3 BÜRCə hər şey birdən GƏLƏCƏK - Xoşbəxtlik, pul...





