Bu göstəriciyə görə dünyada 1-ci YERDƏYİK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı deyib. Azərbaycan Prezideninin qeyd etdiyi kimi, ölkəmiz boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə birincidir".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycanla yanaşı boru kəməri ilə təbii qaz ixrac edən əsas ölkələr Rusiya, Norveç, Əlcəzair, Kanada və ABŞ-dir.
Deputat vurğulayıb ki, Rusiyanın təbii qaz ixrac etdiyi ölkələrin sayında Ukrayna müharibəsindən sonra kəskin azalma müşahidə edilib. V.Bayramov bildirib ki, 2019-cu ildə 37 ölkəyə öz təbii qazını satan Rusiyanın bu sahədə tərəfdaşları indi birrəqəmlidir:
"Norveç, əsasən, Gassco tərəfindən idarə olunan boru kəməri şəbəkəsi vasitəsilə Avropanın 7 ölkəsinə təbii qaz ixrac edir. Norveç qazının əsas alıcıları Almaniya, Birləşmiş Krallıq, Belçika, Fransa və Danimarkadır. Əlcəzair, əsasən Avropaya təbii qaz tədarük edən əsas ixracatçı ölkədir və əsas istiqamətləri İtaliya, İspaniya və Fransadır. Əsas boru kəməri müqavilələri İtaliya və İspaniyaya yönəlib".
V.Bayramov onu da vurğulayıb ki, Kanadanın təbii qazının demək olar ki, hamısı boru kəməri vasitəsilə bir ölkəyə, yəni ABŞ-ə ixrac olunur ki, bu da onun ümumi ixracının 99%-dən çoxunu təşkil edir. ABŞ-də isə ixrac daha çox LNG üzrə formalaşıb.
"Bor kəməri vasitəsi ilə daha çox ölkələrin enerji təhlükəsizliyinə töhvə verən Azərbaycanda qaz hasilatı artmaqdadır və növbəti illərdə də bu dinamikanın davam edəcəyi gözlənilir. Belə ki, 2025-ci ildə ölkəmizdə 51,5 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr çoxdur. Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Qaz ixracının 12,8 milyard kubmetri Avropanın payına düşüb", - deputat qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
-
6 rayona xidmət göstərən xəstəxanada KT aparatı niyə işləmir? - Sorğuya cavab
-
Prezident təqaüdçüləri ailə qurur
-
“Şərurlu İsfəndiyar”: 50 milyonu itirəndə heç təsir etmədi" - (Video)
XƏBƏR LENTİ
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu
-
"Sabah" "Hapoel Beer-Şeva"ya qarşı - ÇL-nın bir addımlığında
-
Tərtərdə avtomobil 2 qadını vurub öldürdü
-
Ailəsi dağılan azərbaycanlı müğənni ilk dəfə nişanlısından danışdı - (Fotolar)
-
ÜST-dən xəbərdarlıq: “Görünməmiş sürətlə yayılır”
-
Maşın ağaca çırpıldı - Ölən var
-
Elşad Xosedən yeni xəbər var
-
Çində güclü zəlzələ oldu
-
ÇL: “Fənərbağça” "Lyon"la bacarmadı
-
Yalnız 4 bürc şanslı bilet çəkəcək
-
İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir
-
Kanye Putinlə görüşmək istəyir
-
Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə - Siyahı açıqlandı
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi





