Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 14-15-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Milli.Az xəbər verir ki, builki festival da maraqlı proqram və dünyanın müxtəlif ölkələrindən istedadlı incəsənət xadimlərinin təqdimatları ilə yadda qalacaq.
Festivalın əsas məqsədlərindən biri mədəni dialoqun inkişafına töhfə vermək və musiqicilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir. Məhz bu səbəbdən zəngin mədəniyyət hadisəsi olan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalına Azərbaycan ifaçıları və musiqi kollektivləri ilə yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Yaponiya və digər ölkələrdən incəsənət nümayəndələri dəvət alıb.
Festivala mayın 14-də Cıdır düzündəki konsertlə start veriləcək. Tədbir 2 gün ərzində Şuşanın bir sıra məkanlarını əhatə edəcək.
Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə "Xarıbülbül" festivalı beynəlxalq status alıb. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.
Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Festivalın bəzi konsertləri Laçın şəhərində də olub.
Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xadimə ilə rəqs edən şəxs Mübariz Əsgərovun oğlu imiş (Video)
-
Məhkəmə Kamran Əsədovla bağlı qərar verdi
-
İyulda temperatur iqlim normasından yüksək olub
-
Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı qərar - Tələbələrin aqibəti bəlli oldu
-
Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənir
-
Magistraturaya qəbul olanlar üçün qeydiyyat başladı - Yalnız bu portal üzərindən
XƏBƏR LENTİ
-
Rəqsanə həbsxanadakı günləri barədə: "Hər gün yanıma dörd sərçə gəlirdi"
-
Xəyanət birdən-birə baş vermir: Kişilər aldatmağa məhz belə başlayırmış
-
Pendiraltı suyu nədir və faydaları nələrdir?
-
Ceki Çan Bakıda (Foto)
-
Meyvələrin üzərindəki ağ təbəqə kir deyilmiş: Mütəxəssislər əsl səbəbi açıqladı
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi
-
Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
-
Gəncədə təcili yardım maşını qəzaya düşdü (Video)
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi - Yenilənib
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Günün qoroskopu: Reallıq ilə xəyal dünyası arasındakı sərhədlər itir
-
Qardaşı oğlu ilə dənizdə batan Arisin (Fotosu)
-
Açıq sarı, tünd sarı, narıncı - Rəngi belə olan yumurtanı əsla yeməyin
-
15 yaşlı oğlan və əmisi dənizdə batdı - Yenilənib
-
İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir
-
“Atam o hadisədən sonra valideynlərindən, bacı və qardaşlarından uzaq düşür” (Foto)
-
İmişlidə zəlzələ oldu
-
Olqa Stefanişina vəzifəsindən azad edildi
-
Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
-
"48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"
-
Nuridə Məmmədova vəzifəsindən azad edildi
-
İstanbulda torpaq sürüşməsi baş verib, dağıntılar altında qalanlar var (Foto)





