Yağışlara görə bahalaşma ola BİLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son günlər müşahidə olunan intensiv yağıntılar regionlarda müəyyən fəsadlar yaradıb və bu vəziyyət kənd təsərrüfatına da təsirsiz ötüşmür".
Bunu Milli.Az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Onun sözlərinə görə, torpağın həddindən artıq islanması, sel və su basmaları əkin sahələrinə ciddi ziyan vurur:
"Belə hallarda bitkilərin kök sistemi zədələnir, məhsuldarlıq aşağı düşür, bəzi sahələr isə tamamilə yararsız vəziyyətə düşə bilir".
İqtisadçı qeyd edib ki, xüsusilə açıq sahədə becərilən məhsullar bu cür hava şəraitinə daha həssasdır. Ən çox zərər çəkən sahələr sırasında tərəvəzçilik, taxılçılıq və meyvəçilik yer alır:
"Pomidor, xiyar kimi tərəvəzlər artıq sudan tez zədələnir. Taxıl sahələrində isə bitkilərin yerə sərilməsi, yəni yatma halları baş verir. Meyvə ağaclarında çiçəklər tökülə və xəstəliklər arta bilər".
A.Nəsirli əlavə edib ki, güclü yağışlar heyvandarlığa da dolayı təsir göstərir:
"Otlaq sahələrinin palçığa çevrilməsi yem bazasını zəiflədir və bu da heyvandarlıqda məhsuldarlığın azalmasına səbəb olur".
Qiymət artımı məsələsinə toxunan iqtisadçı bildirib ki, bahalaşma əsasən zərərin miqyasından asılı olacaq:
"Əgər zərər genişmiqyaslı olarsa və məhsul itkisi çox olarsa, bazarda təklif azalacaq və bu da qiymət artımına gətirib çıxara bilər. Xüsusilə tez xarab olan məhsullarda bu daha tez hiss olunur".
Onun sözlərinə görə, zərər lokal xarakter daşıdığı halda və idxal imkanları aktiv olduqda qiymət artımı ya zəif, ya da qısamüddətli olur:
"Ümumilikdə, belə hava şəraiti kənd təsərrüfatı üçün risklidir və təsirin miqyası yağıntının gücü və davametmə müddətindən birbaşa asılıdır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı





