Son bir neçə ildə ölkəmizdə onlayn məhsul sifarişi çox sürətlə inkişaf edir. Alıcılar geyimi, qidanı onlayn aldığı kimi artıq məzar və qəbir daşlarını da onlayn sifariş edir.
Təbii ki, bu hal bizə qeyri-adi görünsə də, ehtiyac zamanı insanlar bunu çox müsbət dəyərləndirir. Bunun isə bir neçə təməl səbəbi var.
mezardasi.az şirkəti ölkədə bu işi kütləvi formada etdiyi üçün qiymət və keyfiyyətdə ciddi fərq olur. Bəzən "keyfiyyətli baş daşı" ifadəsi insanlarda sual yaradır: "Axı daşdır, nə fərqi ola bilər?" Ancaq mövzunu daha dərindən araşdırdıqda fərqli və xoşagəlməz məqamlarla qarşılaşmaq mümkündür. Belə ki, bazarda süni şəkildə rənglənmiş daşların ölkəyə gətirilərək təbii daş adı altında satılması halları da mövcuddur. mezardasi.az şirkəti isə həm bununla mübarizə aparır, həm də insanları bu hallarla rastlaşmamaları üçün maarifləndirir.
Bəs sifariş prosesi necə baş verir? İstifadəçi sayta və ya sosial media hesablarına daxil olaraq qəbir daşı modelləri ilə tanış olur, ölçü və dizayn seçir, fərdi yazı və portret əlavə edir və sifarişi rəsmiləşdirir. Proses isə ümumilikdə tam onlayn şəkildə baş verir.
Ən vacib məqam isə çatdırılma və quraşdırma xidmətinin təşkilidir. mezardasi.az sifariş olunan daşların ünvan üzrə çatdırılmasını və montaj prosesini həyata keçirir. Bu isə xüsusilə xaricdə yaşayan və ya bölgədən kənarda olan ailələr üçün böyük üstünlük yaradır.
Nəticə etibarilə, məzar və qəbir daşı sifarişi üçün artıq fiziki olaraq sexlərə getmək vacib deyil. Müasir yanaşma ilə qəbir daşı modelləri seçilir, məzar və qəbir daşı qiyməti öncədən müəyyənləşdirilir və sifariş qısa müddətdə həyata keçirilir. Üstəlik alıcılar seçdikləri daşın əsl mərmər olduğuna əmin olur və xoşagəlməz hallarla rastlaşmır.
Hazırda Bakıda məzar daşı sifarişi ilə yanaşı, bölgələrdə də bu xidmət geniş şəkildə həyata keçirilir. Hətta ölkə xaricindən də müəyyən alıcılar mövcuddur.
Xüsusilə Novruz bayramı qabağı məzar və qəbir daşlarının sifarişi üçün artan tələbatı nəzərə alaraq, şirkət çatdırılma və quraşdırma prosesini daha da sürətləndirib.
Milli.Az





