İqtisadiyyat

ASCO istiqrazları üzrə növbəti faizlər ödənilib

4 Mart 2026 10:10
Baxış: 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ASCO-nun dövriyyəyə buraxdığı "ASCO istiqrazları" üzrə növbəti kupon ödənişləri olub.

Bu barədə Milli.Az-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) məlumat verilib.

Bildirilir ki, istiqrazlar sahiblərinə ümumilikdə 4,5 milyon ABŞ dolları qazandırıb. Faiz ödənişlərinin 3 milyonu 03 mart 2023-cü ildə dövriyyəyə buraxılan ümumi məbləği 100 000 000 (yüz milyon) ABŞ dolları olan istiqrazlar, 1,5 milyonu isə 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılan ümumi məbləği 50 000 000 (əlli milyon) ABŞ dolları həcmində olan istiqrazların payına düşüb.

Faiz ödənişləri investorların bank hesablarına artıq köçürülüb.

Qeyd edək ki, hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan "ASCO istiqrazları" 5 illik müddətə tədavülə buraxılıb. İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6% gəlirliliklə emissiya edilib.

Ayxan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.