Cəmiyyət

Zəfərin sədası sinif otaqlarından gəlir: Kəlbəcərdə yeni məktəb - FOTO

27 Fevral 2026 14:35
Baxış: 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad olunmuş ərazilərdə həyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də mühüm addımlar atılır. 15 sentyabr 2025-ci il tarixindən etibarən Kəlbəcər şəhərində Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi qapılarını şagirdlərinin üzünə açıb. Məktəb modul tipli təhsil müəssisəsi kimi inşa olunub və müasir tələblərə cavab verən, qısa müddətdə qurularaq istifadəyə verilən infrastruktura malikdir.

Məktəbin ümumi şagird tutumu 110 nəfərdir və hazırda təhsil ocağında ümumilikdə 59 şagird təhsil alır. Onlardan 5 nəfər məktəbəhazırlıq qrupunda, 12 nəfər I-IV siniflərdə, 38 nəfər V-IX siniflərdə, 4 nəfər isə X-XI siniflərdə oxuyur. Tədris prosesini 26 nəfər müəllim həyata keçirir ki, bu da şagirdlərin keyfiyyətli və davamlı təhsil almasına şərait yaradır. Bu göstəricilər bölgədə təhsil həyatının mərhələli şəkildə canlandığını, ailələrin doğma yurda qayıdışı ilə məktəb mühitinin yenidən formalaşdığını aydın şəkildə nümayiş etdirir. Texniki-infrastruktur baxımından isə məktəbdə 1 laboratoriya və 1 kitabxana mövcuddur ki, bu da şagirdlərin həm nəzəri biliklərini möhkəmləndirməsinə, həm də elmi-tədqiqat və mütaliə bacarıqlarının inkişafına xidmət edir.

Zəfərdən sonra doğma yurduna qayıdan ailələrin övladlarının müasir, təhlükəsiz və rahat şəraitdə təhsil alması üçün yaradılan bu imkanlar bölgədə sosial həyatın bərpasının mühüm göstəricisidir. Kəlbəcərdə fəaliyyət göstərən bu modul tipli təhsil ocağı gələcəyin savadlı və vətənpərvər gənclərinin yetişməsinə töhfə verəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.