Cəmiyyət

Anar Kərimova daha bir vəzifə VERİLDİ

25 Fevral 2026 12:46
Baxış: 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Maliyyə nazirinin birinci müavini Anar Kərimova daha bir vəzifə verilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Anar Kərimov "Aqrarkredit" QSC-nin "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasına yeni sədr təyin olunub.

Qeyd edək ki, Komissiyanın əvvəlki sədri maliyyə nazirinin sabiq müavini Azər Bayramov idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.