Cəmiyyət

Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı

19 Fevral 2026 23:00
Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Milli.Az xəbər verir ki, videoda Mənzil Kommunal İstismarı Sahəsinin iki əməkdaşı yerə tum çırtlayıb tökür, bu zaman isə sahənin iki yaşlı əməkdaşı ərazini təmizləyir.

Bu hadisə sosial şəbəkələrdə izləyicilərin hiddətinə səbəb olub.

"O, əməkdaşların hərəkəti bina sakinləri tərəfindən heç də birmənalı qarşılanmadı. İndiyə qədər belə hadisə görməmişəm. Bu hadisəni görəndə mənə çox pis təsir etdi", - deyə sakinlərdən biri bildirib.

Sözügedən məsələ ilə bağlı ərazi üzrə 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən məlumata görə, videogörüntüdəki həmin o iki əməkdaş işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar. (baku.tv)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.