Cəmiyyət

Bu gün 4 minə yaxın abonentin qazı KƏSİLƏCƏK

19 Fevral 2026 11:53
Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah saat 14:00-dan etibarən Zərdab şəhərində 3 800 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Zərdab QPS dən qidalanan müxtəlif diametirli (114 mm, 108mm, 76 mm, 57 mm) qaz xətlərinin əyilmiş dayaqlarının təmir olunması, əvəzlənməsi və yerüstü qazsızmalarının aradan qaldırılması işləri ilə əlaqədardır.

Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.