Azərbaycanda toydan qalan yeməklər yenidən süfrəyə VERİLİR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə toylarımızda süfrələr çeşidliyi və bolluğu ilə fərqlənir. Müxtəlif adda salatlar, qazan yeməkləri, kabablar, plov və fərqli təamlar limitsiz olaraq ortalığa gətirilir. Bəzən 6 nəfərlik masaya 10-12 nəfərlik yeməklər gətirilir.
Bəs məclisdən sonra süfrədə qalan yeməklərin aqibəti necə olur?
Milli.Az xəbər verir ki, restoran sahiblərinin sözlərinə görə, artıq qalan yeməklərdən toy sahibi üçün xüsusi pay hazırlanır:
"Bu pay mətbəxdə qablaşdırılır. Yeməklər və içkilər xüsusi ilə paketləşdiirlir. Qonaqların masasında qalan toxunulmayan yeməklər isə yığılaraq restoran işçiləri arasında bölüşdürülür. İnsanlar bəzən elə düşünür ki, dünənki toydan qalan yeməklər də masaya servis edilir. Amma qida agentliyi, vergi işçiləri hər gün restoranlarda monitorinqlər keçirirlər. Belə halların baş verməsi mümkün deyil".
Regionlarda isə bu yanaşma bir az fərqlidir. Menyu toylarda artıq qalan yeməklər restoran sahibinin razılığı ilə toy sahibinə verilə bilər. Məclis sahibi toy yeməklərini özü təşkil edərsə, bu halda qalan yeməkləri apara bilər.
İqtisadçı Zahid Məmmədov bildirib ki, toy xidmətləri müqavilə əsasında nizamlanmalıdır. Onun sözlərinə görə, ödənilən vəsaitin qarşılığında hansı məhsuldan nə qədər istifadə olunacağı əvvəlcədən müəyyənləşdirilməli, sonda isə hesabat təqdim edilməlidir:
"Toyda bu məsələni hüquqi müstəvidə həll etmək lazımdır. Öhtəliklər və vəzifələr dəqiq təyin olunmalıdır. Hər məhsul nəzərdə tutulandan az istifadə olunubsa, geri qalan məhsul qaytarılmalıdır. Amma təcrübə göstərir ki, bunların heç biri yoxdur".
Mütəxəssis hesab edir ki, açıq hesabat və sanitar normalara ciddi əməl olunması həm toy sahibinin, həm də restoran maraqlarını qoruyar. Əks halda günün sonunda yaranan narazılıq uzun müddət müzakirələrə səbəb ola bilər.
Aysel
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)





