Restoranlardakı iftar menyuları dinə ziddir - İlahiyyatçıdan AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Restoranlarda iftar süfrəsi üçün menyuların mövcud olduğu xəbərini vermişdik. Xatırladaq ki, iftar menyuları 30 manatdan 80-90 manata kimi dəyişir. Bəzi restoranlarda isə Ramazan ayına özəl kompaniyalar var. Həmin restoranlarda 5 nəfərlik menyu 89 manat, 10 nəfərlik menyu isə 179 manatdır.
Bəs, maraqlıdır, bu tip iftar süfrələrinin verilməsi nə dərəcədə dinin tələblərinə uyğundur?
Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, iftar təmənnasız olmalıdır. Qurban ətini və iftarı pulla satmaq alverdir, ibadət deyil.
Onun sözlərinə görə, kafelərdə təqdim olunan menyuların adının iftar qoyulması dinə ziddir və günahdır. T.İrfan qeyd edib ki, oruc tutan adamlara kimsə iftar verirsə onun əvəzinə pul almamalıdır:
"Ramazan ayı rəhmət ayıdır, zəhmət ayı deyil. Bu ayda təmənnasız kömək etmək, səxavət göstərmək lazımdır. Restoranlar yemək verirsə, bunun adını iftar qoyub əvəzinə ödəniş alırsa, bu, dindən sui-istifadə və fürsətcillikdir".
Həmsöhbətimizin dediyinə görə, Ramazan ayında vacib şərtlər odur ki, hər bir gücü yetən müsəlman Ramazanda oruc tutmalıdır. Qeyd edib ki, səfərdə olanlar, xəstələr, hamilə və süd verən qadınlar, yaşlılar oruc tutmaya bilər. Həmçinin uşaqlara da vacib deyil. Həddi buluğa çatandan sonra oruc tutmaq onlara fərz olur:
"İftar və imsak süfrələri açıb oruc tutanları dəvət etmək də savab əməllərdəndir. Amma bir şərtlə ki, bu təmənnasız olsun. Əgər təmənnalıdırsa, onun adını iftar qoymaq doğru deyil. Təsəvvür edin ki, kimsə oruc tutanları dəvət edir və yeməkdən sonra onlardan pul alır. Bu necə iftar ola bilər. Ya təmənnasız verməli, ya da adını iftar qoymamalıdır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
XƏBƏR LENTİ
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib





