Yatırım olaraq gümüş almağa dəyər? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlərdə sosial şəbəkələrdə bəzi xarici iqtisadçılar və maliyyə bloqerləri ddia edirlər ki, gümüşün qiyməti gələcəkdə daha da bahalaşacaq və bu metalı almaq çətinləşəcək. Onlar insanlara yatırım olaraq gümüş almağı tövsiyə edirlər. Hətta qiymətlərdə müşahidə olunan son artımlardan sonra məşhur "Pandora" markası məhsul istehsalında gümüşdən imtina etməsi də bu iddiaları gücləndirən amillər sırasında göstərilir.
Bəs, maraqlıdır, insanlar həqiqətəndə yatırım üçün gümüş almalıdırlar?
Mövzu ilə bağlı Milli.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, gümüş və digər qiymətli metallara yatırım imkanlarla yanaşı, ciddi risklər də daşıyır. Onun sözlərinə görə, son dövrlərdə gümüşün qiymətində artım müşahidə olunsa da, bu tendensiyanın uzunmüddətli olacağına zəmanət yoxdur.
Ekspert qeyd edib ki, gümüşün qiyməti bazar şərtləri, iqtisadi göstəricilər, valyuta dəyişiklikləri, eləcə də tələb və təklif balansından asılı olaraq dalğalanır:
"Gümüş fiziki metal olduğu üçün müəyyən qoruyucu xüsusiyyətə malikdir və inflyasiya qarşısında nisbətən müdafiə rolu oynaya bilər. Amma qiymətinin sürətlə yüksəldiyi kimi, eyni sürətlə düşmə riski də mövcuddur".
A.Nəsirli vurğulayıb ki, bəzi iri brendlərin, o cümlədən "Pandora" kimi şirkətlərin istehsal strategiyalarında dəyişiklik etməsi gümüş bazarında müəyyən siqnal kimi dəyərləndirilə bilər. Lakin bu amil təkbaşına investisiya qərarı vermək üçün əsas sayılmamalıdır.
Ekspert hesab edir ki, gümüşün qiymət artımının əsas səbəbi onun "təhlükəsiz liman" xüsusiyyəti deyil, sənaye sahələrində istifadəsinin genişlənməsidir:
"Hazırda gümüşə tələbat daha çox sənaye istifadə sahələrinin artması ilə bağlıdır. Qızıldan fərqli olaraq, gümüş "təhlükəsiz ada" rolunu bölüşə bilən qiymətli metal deyil. Bu baxımdan ikinci faktorun yəni qoruyucu funksiyanın rolu kifayət qədər zəifdir".
Ekspert əlavə edib ki, investisiya qərarı verməzdən əvvəl şəxsi maliyyə vəziyyəti, riskə davamlılıq və alternativ yatırım imkanları mütləq nəzərə alınmalıdır:
"Gümüş düzgün planlaşdırıldıqda investisiya portfelinin bir hissəsi ola bilər. Amma bütün vəsaitin yalnız gümüşə yönəldilməsi riskli yanaşmadır".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
XƏBƏR LENTİ
-
Zəncirbənddəki kiçik metal parça nə işə yarayır? Çoxu səhv istifadə edir
-
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
-
Günün qoroskopu: Daxili səsinizə güvənin
-
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
-
Suraxanıda maşın yandı - (Video)
-
Kutsi 3-cü dəfə ailə qurdu - (Foto)
-
Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib - (Foto)
-
Nazpəri Dostəliyevanın şıdırğı rəqsi - (Video)
-
Tələbənin ölümü ilə bağlı təfərrüat - "Başı ağrıyırmış, hamama gedib..." - (Video)
-
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
-
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
-
Xırdalanda külək dam örtüyünü maşınların üzərinə uçurdu
-
17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur
-
Prezident İlham Əliyev: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
-
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib
-
"Klon"un aktrisası xəstəxanaya yerləşdirildi - (Foto)
-
Ağstafada sursat partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb





