Cəmiyyət

Qida Təhlükəsizliyi Agentliyindən quş qripi ilə bağlı VACİB XƏBƏR

6 Fevral 2026 12:34
Baxış: 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 12-16 yanvar tarixlərində respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqin nəticələri açıqlanıb.

Milli.Az xəbər verir ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb. Vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik nümunələr götürülüb. Bundan əlavə, quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək laborator müayinələrə cəlb olunub.

Vəhşi və ev quşlarından götürülən nümunələrin müayinəsi və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.