Cəmiyyət

Mehdiabadda kolbasa istehsalı müəssisəsi qanunsuz işləyirmiş

5 Fevral 2026 12:06
Baxış: 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus "Uğurlu Dad" əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib.

Milli.Az xəbər verir ki, baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri  barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.    

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.