Cəmiyyət

Bu il rezidentura imtahanları hansı formada olacaq?

4 Fevral 2026 15:34
Baxış: 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il rezidentura imtahanları elektron formada olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə məlumat verib.

Onun sözlərinə görə, ötən il vətəndaşlara 13 milyon elektron xidmət göstərilib, 300-dən çox imtahan keçirilib.

Sədr qeyd edib ki, hər imtahanda nəzarətçilər, imtahan rəhbərlərinin böyük rolu var:

"2000-3000 marker müəllim yazı işlərini yoxlayır. Nəzarətçi müəllimdən imtahan rəhbəri seçiləndə mütləq sertifikasiyadan keçmə prosesinə baxılır. Nəzarətçi müəllimlər bilməlidir ki, imtahanlar artıq elektronlaşdırılır. Nəzərdə tutulur ki, bu il rezidenturaya imtahan prosesi tam rəqəmsallaşdırılsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.