Cəmiyyət

Azərbaycanda beş faydalı qazıntı yatağı istifadəyə verildi

2 Fevral 2026 15:54
Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmişli rayonu "Bəhrəmtəpə II" qum-çınqıl yatağı "Retro Holding" MMC-yə 616000,00 manata bir illik istismara verilib. Yatağın hərracda başlanğıc qiyməti 21800,00 manat olub.

Milli.Az xəbər verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yerin təkindən istifadə ilə bağlı 29 yanvar 2026-cı il tarixində keçirilmiş hərracın nəticələri haqqında məlumatında bildirilir.

Hərracda həmçinin, Göyçay rayonu "Göyçay" qum-çınqıl yatağı, Ağsu rayonu "Ağsuçay" qum-çınqıl yatağı, Ağdam rayonu "Şelli" üzlük daşı (mərmərləşmiş əhəngdaşı) yatağı, Ağdam rayonu "Burundağ" üzlük daşı (mərmərləşmiş əhəngdaşı) yatağı da 1 il müddətinə müxtəlif MMC-lərə istismara verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.