Cəmiyyət

Şagirdlər üçün yeni dərslik hazırlanmalıdır - TƏKLİF

2 Fevral 2026 12:03
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə davranışla bağlı dərslik hazırlanmalıdır.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu dərslər təhsil müəssisələrində şagirdlərə tədris edilməlidir:

"Azərbaycan təhsilində keçirilən dərin islahatlar kontektsində gənclərin sosial şəbəkələrdə etikası, sosial şəbəkələrdə hüquq və hüquq pozuntuları kimi dərsliklər hazırlamalı və yuxarı sinif şagirdlərinə tədris edilməlidir. Bu tədrislə onlar ictimai məsuliyyəti real cəmiyyətdə hiss etdikləri kimi virtual məkanda da özlərinin ictimai məsuliyyətlərini hiss etsinlər. Biz onların enerjilərinin həm milli maraqlar istiqamətinə səfərbər olmasına xidmət etmiş olarıq, həm də yüksək maarifləndirmə işləri həyata keçirmiş olarıq"./Trend

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.