Azərbaycanda və dünyada gənclik anlayışı: Fərqlər nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də "gənc" anlayışının hansı yaş aralığını əhatə etməsidir. Bu anlayış gündəlik danışıqda fərqli qəbul edilsə də, rəsmi sənədlərdə və dövlət siyasətində konkret yaş meyarları mövcuddur.
Bəs kimlər gənc hesab edilir?
Milli.Az xəbər verir ki, Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, gənclər dedikdə 14 yaşından 29 yaşınadək olan şəxslər nəzərdə tutulur. Bu yaş həddi "Gənclər siyasəti haqqında" qanunda öz əksini tapıb və dövlət proqramları, layihələr, eləcə də sosial təşəbbüslər məhz bu kateqoriyaya yönəldilir.
Rəsmi yanaşmaya görə, 14-18 yaş arası şəxslər yeniyetmələr, 18-29 yaş aralığı isə gənclər qrupu kimi qiymətləndirilir. Bu kateqoriyaya daxil olan vətəndaşlar gənclər üçün nəzərdə tutulmuş təhsil, məşğulluq, sosial dəstək və beynəlxalq proqramlardan yararlanmaq imkanına malikdirlər.
Beynəlxalq təcrübədə isə "gənc" anlayışının yaş həddi ölkədən-ölkəyə dəyişir. Məsələn, Birləşmiş Millətlər Təşkilatı gəncləri adətən 15-24 yaş aralığında olan şəxslər kimi müəyyənləşdirir. Avropa İttifaqında isə bu göstərici bir sıra hallarda 30 və hətta 35 yaşadək uzadıla bilir.
Mütəxəssislər bildirirlər ki, gənclik təkcə yaş göstəricisi ilə deyil, sosial fəallıq, əmək bazarına inteqrasiya və ictimai həyata qoşulma mərhələsi ilə də xarakterizə olunur. Buna baxmayaraq, rəsmi sənədlərdə yaş meyarı əsas götürülür və hüquqi baxımdan müəyyənedici rol oynayır.
Qeyd edək ki, Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biri hesab olunur və bu sahədə müxtəlif layihə və proqramlar icra edilir.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yağış bu tarixədək davam edəcək
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
Velosiped sürən azyaşlıların diqqətinə: DYP-dən ciddi xəbərdarlıq
-
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
-
İşdən çıxarılmadan əvvəl işçiyə nə qədər vaxt verilməlidir?
-
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
XƏBƏR LENTİ
-
Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
-
Yağış bu tarixədək davam edəcək
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisası yeni obrazı ilə təəccübləndirdi – (Video)
-
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı - (Video)
-
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının mərkəzində 3 məşhur restoran fəaliyyətini dayandırdı
-
Velosiped sürən azyaşlıların diqqətinə: DYP-dən ciddi xəbərdarlıq
-
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
-
İşdən çıxarılmadan əvvəl işçiyə nə qədər vaxt verilməlidir?
-
Tom Skeritt vəfat etdi
-
Arda Gülərin təyyarədə təraş olması müzakirə yaratdı: “Güc sərxoşluğudur?” - (Video)
-
Ramil Qasımov Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib - (Foto)
-
Ofelya Şabanova efirdə ingiliscə danışdı (Video)
-
Cəlilabadda açıq ərazidə yanğın başladı
-
Türkiyədə mədəndə partlayış: 3 ölü, 5 yaralı var - (Yenilənib/Video)
-
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
-
“Qalatasaray”da derbi öncəsi ciddi itki
-
Azərbaycanlıların olduğu gəmi batdı - ölən və itkin düşənlər var - (Video)
-
"Musa böyüdükcə şuluq uşağa dönüb, onu tərbiyələndirirəm"





