Cəmiyyət

Generalın oğlu keçmiş sevgilisindən üzr istədi

28 Yanvar 2026 18:18
Baxış: 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisindən üzr istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə R.Orucovun keçmiş sevgilisi Nərmin Xudaverdiyeva məlumat verib.

O, bildirib ki, paylaşımdan sonra polis əməkdaşları məsələni dərhal nəzarətə götürüblər və araşdırmalar başlanılıb:

"Dünən məni Nərimanov Rayon Polis İdarəsinə dəvət etdilər. Rüstəm Orucovu da idarəyə çağırdılar. O, əvvəlcə sosial şəbəkələrdə etdiyi əməlləri təkzib etsə də, Nərimanov Rayon Polis İdarəsində törətdiyi əməlləri boynuna alıb və yazılı surətdə etdiyi əməldən peşman olduğunu bildirdi.

Rüstəm Orucov anamdan və məndən üzr istəyərək, gələcəkdə bir də belə hallara yol verməyəcəyini bildirdi. Buna görə də şikayətimi geri götürdüm.

Operativ və obyektiv yanaşmaya görə Daxili İşlər Nazirliyinə və Nərimanov Rayon Polis İdarəsinə öz təşəkkürümü bildirirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.