Cəmiyyət

Azərbaycan teleməkanında ilk tarixi intellektual layihə – “Tarixin oyunu” - VİDEO

27 Yanvar 2026 15:09
Baxış: 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan televiziya məkanında ilk dəfə olaraq tarixi mövzunu intellektual yarış formatında təqdim edən "Tarixin oyunu" layihəsi tamaşaçıların ixtiyarına veriləcək.

Milli.Az xəbər verir ki, "Tarixin oyunu" layihəsinin fevral ayından etibarən AzTV-də yayımlanacağı nəzərdə tutulur.

Layihənin əsas məqsədi iştirakçıların tarixi biliklərini sınamaqla yanaşı, tamaşaçılara yeni faktlar, fərqli yanaşmalar və düşündürücü suallar təqdim etməkdir.

Ümumi uduş məbləği 10 min manat olan "Tarixin oyunu" layihəsində istənilən şəxs iştirak edə bilər. 

Qeyd edək ki, layihəsinin aparıcısı tanınmış aktyor Firdovsi Atakişiyevdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.