Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov ölüb.
Ailənin digər 4 üzvü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, yanvarın 22-də saat 06:10 radələrində 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.
Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Milli.Az





