Cəmiyyət

Polis Akademiyasında çalışmaq istəyənlərin NƏZƏRİNƏ

16 Yanvar 2026 13:14
Baxış: 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında professor-müəllim (mülki) heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul aparılır.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan, yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan, Azərbaycan dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Əlavə edilib ki, elmi dərəcə və elmi ada malik şəxslərə, elmi-pedaqoji təcrübəsi olan mütəxəssislərə üstünlük veriləcək.

"İşə qəbul prosesi DİN tərəfindən müəyyən edilmiş qaydada, şəffaf və obyektiv əsaslarla həyata keçirilir. Yalnız vakant vəzifələrin tələblərinə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar", - deyə məlumatda vurğulanıb.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.