"Son 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi poliklinikaya 65 nəfər it dişləməsi ilə əlaqədar müraciət edib".
Milli.Az xəbər verir ki, bunu modern.az-a 27 saylı Sabunçu II seçki dairəsinin deputatı Arzuxan Əlizadə bildirib:
"Rayon ərazisində sahibsiz itlərlə bağlı ciddi problem var. Mənə seçicilər sahibsiz itlərlə bağlı müraciət etdilər. Məlum oldu ki, ötən 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən poliklinikaya 65 nəfər it dişləməsi ilə bağlı müraciət edib. Bu, çox ciddi məsələdir".
Milli.Az





