Vurulan təyyarəmizlə bağlı Rusiyadan Azərbaycana şok məktub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya İstintaq Komitəsinə aid olduğu deyilən məktub yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "BT News" teleqram kanalı həmin sənədi dərc edib.
Artıq Azərbaycanın Baş Prokurorluğuna ünvanlandığı qeyd edilən məktubda bildirilir ki, "AZAL-a məxsus təyyarə Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilməyib, daha sonra eniş zamanı yerə çırpılıb. Bu əsasda cinayət işinə xitam verilib".
Sözügedən məktubla bağlı hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib:
"Rusiya Federasiyasının İstintaq Komitəsi günahı "hava şəraitində" görürsə, cinayət işinə hansı əsasla xitam verir?
Bu halda, ölümlərə görə məsuliyyət daşıyanların məsuliyyətdən yayındırmaq cəhdi aşkar şəkildə ortaya çıxır. Faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir:
AZAL təyyarəsi "Pantsir-S1" hava hücumundan müdafiə kompleksindən buraxılan raket ilə vurulub və sənəddə təsvir etməyə çalışıldığı kimi, sonradan hava limanının özündə deyil, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Rusiya İstintaq Komitəsinin sədri Bastrikinin imzaladığı sənədin məzmunu Rusiya Prezidenti Vladimir Putinin 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqeyi ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə əməliyyatları nəticəsində qəzaya uğradığını etiraf etmiş və "bu cür vəziyyətlərdə tələb olunan hər şeyi etməyə" hazır olduğunu bildirmişdi".
Qeyd edək ki, XİN rəhbəri Ceyhun Bayramov 26 dekabrda ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, yaxın günlərdə Azərbaycana Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub təqdim edilib.
"Bu məktubda Azərbaycanın ciddi təəccübünü doğuran məqam var idi. Bunlardan biri Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məsələ ilə bağlı cinayət işinə xitam verməsi barədə məlumat olub. Bu, ciddi suallar yaradır və təəccüb doğurur", - deyə o, əlavə edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib (Foto/Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - (Foto/Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakıda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto/Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - (Foto/Video)
-
Uçuşunuz gecikir və ya ləğv edilib? - Bilməli olduğunuz əsas məqamlar
XƏBƏR LENTİ
-
Elm adamları təkrar emal edilmiş plastikdən peçenye istehsal etdilər
-
Tomatlı yeməklərə 1 qaşıq əlavə edin: Turşuluğ, kəskin dad aradan qalxır
-
Rusiyanın ən varlı sənətçisi Sergey Jukovdur
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib





