Cəmiyyət

Tanınmış ekspertə vəzifə verildi - FOTO

6 Yanvar 2026 11:55
Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədliyə vəzifə verilib.

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, M.Məmmədli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mətin Məmmədli 1979-cu ildə Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr, AMEA-da beynəlxalq münasibətlər üzrə doktorantura təhsili alıb. 2010-2022-ci illərdə Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasında müəllim, dosent vəzifələrində çalışıb. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. Beynəlxalq və milli təhlükəsizlik problemləri, xarici siyasət üzrə çoxsaylı elmi və analitik məqalənin müəllifidir. Yeni təyinata qədər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində baş məsləhətçi vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Mətin Məmmədli mərhum siyasi xadim, Gəncənin sabiq icra başçısı Mürşüd Məmmədlinin oğludur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.