Cəmiyyət

Son günlər kiberdələduzluq halları artıb - DİN

2 Yanvar 2026 16:55
Baxış: 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur. "WhatsApp", "Telegram" və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Diqqətə çatdırılıb ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir.

"Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur. Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər.

Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir.

Diqqətli olun, bir zəng maliyyə hesabınızı təhlükə altına qoya bilər", - DİN-dən bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.