Qat-qat geyinməyin yeni kodları - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu mövsüm qat-qat geyinmək küçə stilinin ana qaydasına çevrilib. Düzgün ölçü, balanslaşdırılmış kontrast və kiçik üslub toxunuşları ilə üst-üstə geyinməyin incəliklərini kəşf edin.
Milli.Az xəbər verir ki, kombinasiyasına dərinlik və ölçü qatmaq istəyənlər üçün bu mövsüm layering üslubu küçələrə hökmranlıq edir. Cins şalvarın üzərindən "slip" don və ya üst-üstə üç tişört geyinmək artıq təəccüblü qarşılanmamalıdır. Lakin burada vacib məqamlara diqqət yetirmək lazımdır. Çünki mövsümün əsas kodları sadəcə təsadüfi parçaları bir araya gətirmək deyil, onları düzgün yerləşdirməkdən ibarətdir.
.jpg)
Böyük ölçülü (oversize) poplin köynək, geniş balaqlı cins və ziddiyyətli toxumaya malik üst geyimindən ibarət bu görünüş, eninə və uzununa xətt detalları ilə zənginləşdirilərək qat-qat üslubuna ağıllı bir yanaşma nümayiş etdirir. Əsas parça olan mavi zolaqlı köynək, volanlı forması sayəsində kombinasiyanın daşıyıcı sütununa çevrilib. Onun üzərindəki geyim isə ölçü balansını qoruyaraq görünüşə kontrast qatıb. Saç bandı kimi istifadə edilən nazik şərf isə qatlara qrafik toxunuş əlavə edərək xətt oyununu şüurlu bir stil seçiminə çevirib. Öz daxilində balansı olan parçalarla yorulmadan şık görünmək prinsipi uğurla nəticələnib.
.jpg)
Mövsüm trendlərində yüksəlişə keçən atlaz (saten) donları maskulin parçalarla bir araya gətirmək qat-qat üslubuna sofistike bir ruh qatır. Dantel detallı qara mini don bu tərzin baş rolundadır. Ona yoldaşlıq edən ağ və bej rəngli şalvarlar qaranın sərt künclərini yumşaldır. Qara trençkot isə görünüşə tarazlıq gətirir. Belə bağlanan və ya boyunbağı kimi daşınan çantalar isə üslubun aksesuarlarla da dəstəklənə biləcəyini sübut edir. Bu kombinasiyanın həlli çox sadədir: cəsarət və balans.
.jpg)
Bu görünüşdə layering üslubunun dinamik və modern halı vurğulanır. Parçalar içəridən çölə doğru geyinilərək "tərs qatlama" üslubu tətbiq olunub. Elektrik narıncı rəngli sviter ilk baxışda əsas element kimi görünsə də, alt qatdakı dama-dama (ekose) detalı sürpriz yaradır. Orta qatdakı klassik kəsimli mavi köynək kombinasiyaya fərahlıq qatarkən, çoxrəngli daşlı bandana parıltı effekti ilə stili daha üst səviyyəyə daşıyır. Blazer pencəyi başqa parçaların ardına gizlətmək və ya şalvarın üzərindən mini ətək geyinmək tamamilə yeni bir stilin xəbərçisidir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İmişli sakini Arazda boğuldu
-
İran Hörmüz boğazının açılması üçün ABŞ-dan yeni tələblər irəli sürüb
-
"Arsenal"ın 25 yaşlı futbolçusu öldü
-
Bakıda güclü yanğın başladı - (Yenilənib)
-
Paytaxtın bu rayonunda su kəsilib
-
Şəmkirdə 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
-
İranın ali rəhbəri Məsud Pezeşkianla görüşüb
-
Ermənistanda keçmiş Baş nazirin oğlu həbs edildi
-
Sabit Məmmədov vəfat edib
-
Rus ordusu iki kəndi işğal etdi
-
Çingiz Əlioğlu vəfat etdi
-
Maskın sərvəti 53 günə 513 milyard dollar azaldı
-
Çimərliklərdə hava necə olacaq?
-
Messiyə görə 1 dəqiqəlik sükut olacaq
-
Paytaxtda magistralla qaçan cins atlar kimindir? - (Video)
-
Türkiyədə sahilə daha bir naməlum dəniz dronu çıxıb
-
Sumqayıtda binada yanğın oldu
-
Temperatur düşəcək, yağış yağacaq - Proqnoz
-
Ukrayna ordusu Gelencikdə Rusiyanın S-400 sistemini vurub
-
İranda Müctəba Xameneinin 5 aydan sonra ilk görüntüləri yayıldı - (Video)
-
Azərbaycan XİN Sinqapuru Müstəqillik Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib
-
Türkiyə Ukraynaya yeni səfir təyin etdi
-
Tuğba Ekinçinin Bakıda səhnə geyimi diqqət çəkdi - (Video)





