Bakı əvvəlki kimi küləkli deyil - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı əsrlər boyu "küləklər şəhəri" kimi tanınıb. Lakin son illər şəhərdə elə də güclü külək müşahidə olunmur.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə geniş müzakirələr aparılır.
Mütəxəssislər bildirirlər ki, bu, təsadüfi deyil.
Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərovun sözlərinə görə, aparılan elmi tədqiqatlar Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin küləyin əsasən istiqamətinə təsir etdiyini göstərib. Küləyin sürətinə isə yalnız cüzi, yəni mülayim təsir müşahidə edilib. Başqa sözlə, orta külək sürətində ciddi azalma qeydə alınmasa da, istiqamətlərdə nəzərəçarpacaq dəyişikliklər var.
Mütəxəssisin qeyd etdiyi nəticələrə əsasən, Xəzər dənizinin səviyyəsinin qalxdığı 1977-1995-ci illərlə müqayisədə, səviyyənin aşağı düşdüyü 1995-2024-cü illərdə şimal küləklərinin sayı azalıb. Bu tendensiya Xəzərin bütün akvatoriyasına, o cümlədən Abşeron yarımadasına aiddir. Abşeronda ən güclü küləklər adətən şimal və şimal-şərqdən əsdiyi üçün həmin istiqamətlərdəki zəifləmə ayrı-ayrı günlərdə müşahidə edilən güclü küləklərin intensivliyini də azaldıb.
Ümumilikdə, Xəzərin səviyyəsinin düşdüyü dövrdə yəni 1995-ci ildən bu günədək küləyin ümumi istiqamətinin müəyyən qədər şərqə doğru yönəldiyi müəyyən edilib.
Səid Səfərov vurğulayıb ki, Bakıda küləyin sürəti və istiqamətindəki dəyişikliklər hələ tam öyrənilməyib. Qlobal istiləşmənin təsiri məsələsinə gəldikdə isə, bu istiqamətdə xüsusi araşdırma aparılmadığı üçün dəqiq elmi rəy vermək mümkün deyil. Bununla belə, mütəxəssis qeyd edib ki, qlobal istiləşmə nəticəsində təzyiq sahələrinin dəyişməsi dünyanın müxtəlif bölgələrində külək rejiminə təsir göstərə bilər və bu, Xəzər hövzəsində də istisna deyil.
Mütəxəssislərə görə, Bakıda küləyin zəifləməsinə yalnız iqlim amilləri deyil, urbanizasiya da təsir edir. Şəhərdə tikililərin artması küləyin sərbəst hərəkətinə mane olur. Meteoroloq Cavidan Əliyev bildirib ki, küləyin sürətində baş verən dəyişikliklər həm şəhərin fiziki quruluşu, həm də qlobal iqlim faktorları ilə əlaqəlidir. Onun sözlərinə görə, artan binalarla yanaşı, dağlar, dərələr, təpələr kimi təbii relyef amilləri də küləyin sürətini əhəmiyyətli dərəcədə zəiflədə bilər:
"Ümumilikdə, küləyin sürətini azaldan bütün maneələr, dağlar, dərələr, tikililər, təpələr geostrafik küləklərin yer səthinə yaxınlaşdıqca təqribən 50 faiz zəifləməsinə səbəb olur. Bakıda tikililərin illər üzrə çoxalması bu prosesi daha da gücləndirir. Bəzi illərdə küləklərin az müşahidə olunmasının səbəblərindən biri də qlobal iqlim dəyişiklikləri fonunda antisiklon hava şəraitinin üstünlük təşkil etməsidir".
Qeyd edək ki, "Springer Nature" nəşriyyatına daxil olan Scientific Reports jurnalında dərc olunan məqalədə də Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin külək rejiminə təsir edə biləcəyi elmi əsaslarla göstərilib. Həmin tədqiqatda küləyin istiqaməti və intensivliyində uzunmüddətli dəyişikliklərin müşahidə edildiyi, bunun regional iqlim prosesləri ilə əlaqəli ola biləcəyi vurğulanır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İlkin Çərkəzoğlu vəfat etdi
-
"Məsuliyyəti üzərinə götürə şəxslər var idi, amma Nəvai belə qərar verdi” - Vəkil
-
Qızılın qiyməti dəyişiklik - Son qiymət
-
Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?
-
Nəzakət Məmmədova təcili əməliyyat olundu - (Video)
-
Astarada kişi evində faciəvi şəkildə öldü
-
“Kızılcık şerbeti”ndən çıxarıldı: "Çörəyimlə oynanıldı, Allaha həvalə edirəm"
-
Yasamalda yaşayanların diqqətinə
-
Azərbaycanın Qarabağ xalçası Peruda nümayiş etdirildi - (Video)
-
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?
-
Dünya bazarlarında neft bahalaşdı
-
“Trabzonspor” “Beşiktaş”a da qalib gəldi
-
Paytaxtın 12 küçəsində tıxac var
-
Qumralın səhhətində problem yarandı - Yataq görüntüsü müzakirə yaratdı - (Video)
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
-
Yaponların sürətli paltar qurutma texnikası
-
İnsanlar yaşlandıqca yuxudan niyə daha tez oyanırlar?
-
“Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
-
Dünyanın ən çox qazanan 10 futbolçusu
-
Dueyn Conson 22 kilo arıqladı - (Foto)
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)





