Qaxın yeni icra başçısı baş həkimin qardaşıdır - DOSYE
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bəs Elvin Paşayev kimdir?
Elvin Paşayev 27 iyul 1983-cü ildə anadan olub. Dövlət İqtisad Universitetində Maliyyə, Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə təhsilini davam etdirib. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura təhsili alıb. Yeni başçı 18 illik iş təcrübəsi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb.
Bununla yanaşı o, Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi işləyib. Elvin Paşayev Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərindən biridir.
Bugünkü təyinata qədər o, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 2020-ci il iyunun 23-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" imzaladığı sərəncamına əsasən, uğurlu fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, Elvin Paşayev "Yeni klinika"nın baş həkimi Cavid Paşayevin qardaşıdır.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
-
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
-
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri zorakılığa məruz qalıb, saxlanılanlar var - (Video)





