Cəmiyyət

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

14 Oktyabr 2025 13:01
Baxış: 70
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır.

Milli.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

"Nəzərinizə çatdırırıq ki, hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək", - deyə məlumatda bildirilib.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.